BİZİM TƏQVİM: 8 apreldə baş vermiş tarixi hadisələr

1992-ci ilin bu günündə Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törədiblər. Bu soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın qala qapısı olan Kəlbəcəri ələ keçirmək üçün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qətliamdır.

Soyqırımı zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Bəs, 8 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 1506-cı ildə Şah İsmayıl Xətai Təbriz kitabxanasını yaradıb. Bir növ incəsənət akademiyası olan bu kitabxanada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər və nəqqaşlar fəaliyyət göstərirdilər. Təbrizin bu Şah kitabxanasında təbabətə, riyaziyyata, astronomiyaya, tarixə, ədəbiyyata, incəsənətə dair minlərlə kitab toplanmışdı. 

2.  1774-cü ildə imzalanan Kiçik Qaynarca müqaviləsi ilə Osmanlı imperatorluğunun tərkibindən çıxan Krım xanlığı 10 il belə keçmədən - 1783-cü ilin 8 aprelində II Yekaterinanın əmri ilə Rusiya tərəfindən işğal edildi.

3. 1982-ci ilin 8 aprelində erməni terror təşkilatı ASALA-nın etdiyi hücumda Türkiyənin Kanada Səfirliyinin ticarət müşaviri Kani Güngör ağır yaralandı və əlil arabasına məhkum oldu.

4. 2003-cü il aprelin 8-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsində tikinti işləri başlayıb. 1762 kilometr uzunluğunda kəmərin 443 km.-i Azərbaycan, 249 km.-i Gürcüstan və 1070 km.-i Türkiyə əraizisndən keçir. 

5. 1971-ci ilin bu günündə Londonda keçirilən Birinci Ümumdünya Qaraçılar konqresi tərəfindən aprelin 8-i Beynəlxalq Qaraçılar Günü elan olunub.

8 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanlı filosof Əbunəcib Sührəvərdi 1168-ci ilin 8 aprelində vəfat edib.


2. 1973-cü ilin bu günündə İspan rəssamı Pablo Pikasso vəfat edib.

3. 8 aprel 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Görkəmli sərkərdə 1405-ci il fevralın 18-də Özbəkistanda vəfat edib.

4. Azərbaycanın görkəmli musiqi xadimi, tarzən Məmmədxan Bakıxanov 1890-cı ilin bu günü anadan olub.

5. Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev 1912-ci ilin 8 aprelində dünyaya gəlib.

6. Meyxana ustası Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə dünyasını dəyişib.

7. 8 aprel 2013-cü ildə “Dəmir ledi” - Marqaret Tetçer  vəfat edib.

8. 1956-cı ilin 8 aprelində Güney Azərbaycanlı,tanınmış vokalist və musiqiçi Yaqub Zurufçu anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir? – VİDEO

Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir? – VİDEO

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

End of content

No more pages to load

RADİO