Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında Şuşa Azərbaycan Evinin açılışı keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayserinin Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin tarix üzrə professoru Havva Selçuk Kurt, musiqi nəzəriyyəsi üzrə professor Nigar Əsgərova iştirak edirlər.
Qeyd edək ki, Şuşa Azərbaycan Evinin fəaliyyəti üçün Xocalı parkının ərazisində xüsusi bina inşa edilib.
Tədbirdən əvvəl parkda ucaldılan Xocalı abidəsi ziyarət edilib.
Bizim.Media