Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. Partlayış zamanı 1985-ci il təvəllüdlü B.Mərdanova, 2001-ci il təvəllüdlü A.Mərdanova və 2023-cü il təvəllüdlü R.Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerlədiriliblər.
Yaralılardan B.Mərdanovanın vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu