FHN-in Kibertəhlükəsizlik əməliyyatları və Rabitə mərkəzinin açılışı olub - FOTO/VİDEO

Fövqəladə hallar naziri general-polkonvik Kəmaləddin Heydərov 4 aprel 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, açılış tədbirində baş idarənin rəisi Elçin İbrahimov mərkəzlər haqqında geniş məlumat verib. 

O, bildirib ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş Kibertəhlükəsizlik əməliyyatları və Rabitə mərkəzləri qabaqcıl təcrübələrə əsaslanmaqla qurulub.

Kibertəhlükəsizlik əməliyyatları mərkəzində Fövqəladə Hallar Nazirliyinin informasiya texnologiyaları infrastrukturunda olan bütün informasiya texnologiyaları avadanlıqlarının təhlükəsizliyi təmin olunacaq. Mərkəz daxilində bu prosesin icrası iki mexanizmdə paralel şəkildə həyata keçiriləcək. Hücum mexanizmində təcrübəli mütəxəssislər tərəfindən informasiya texnologiyaları infrastrukturuna hücum simulyasiyaları təşkil olunur. 

Hücum simulyasiyası nəticəsində sızma və ya müdaxilə cəhdləri uğurlu olarsa, bu barədə müvafiq hesabatlar tərtib edilir və aşkarlanmış təhlükəsizlik boşluqları haqqında qabaqlayıcı tədbirlər görülməsi üçün müvafiq şöbələr təlimatlandırılır. Müdafiə mexanizmində isə xarici və daxili şəbəkə sorğuları, həmçinin informasiya texnologiyaları infrastrukturundakı hər bir texnoloji proses vahid mərkəzdən monitorinq olunur. Bu zaman hər bir insident xəbərdarlığı əsasında yaranan təhlükənin qarşısı operativ şəkildə alınır və başvermə səbəbi araşdırılaraq müvafiq qabaqlayıcı silsilə tədbirlər təşkil olunur.

Rabitə mərkəzində monitorinq sistemləri vasitəsilə telekommunikasiya şəbəkəsi, Nazirliyin struktur bölmələrində, həmçinin yerli telekommunikasiya qovşaqlarında quraşdırılmış şəbəkə və rabitə avadanlıqları real vaxt rejimində monitorinq olunacaq. Monitorinq sistemlərinin köməyi ilə avadanlıqlarda yaranmış problemlər haqqında real vaxt rejimində xəbərdarlıq və operativ müdaxilə mexanizmi tətbiq ediləcək.

Rabitə mərkəzində ən müasir texnoloji təchizata malik rabitə avadanlıqlarının təmiri laboratoriyası da fəaliyyət göstərəcək. Burada qabaqcıl təcrübələrə yiyələnmiş mütəxəssislər tərəfindən nasaz rabitə vasitələrinin diaqnostikası aparılacaq və təmir işləri həyata keçiriləcək.

Həmçinin, Rabitə mərkəzində Nazirliyin daxili telefon şəbəkəsi, Elektron Avtomat Telefon Stansiyası (EATS) və telekkommunikasiya şəbəkələri avadanlıqlarına nəzarət və xidmət göstəriləcək.

Nazir Kəmaləddin Heydərov Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib və bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin maddi-texniki təchizatının daim yüksək səviyyədə saxlanılmasına göstərdiyi diqqət və qayğının növbəti nümunəsi adlandırıb.

 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Ronaldinyo böyük futbola QAYIDIR

Ronaldinyo böyük futbola QAYIDIR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Bu görüntüləri gündəm oldu - VİDEO

Bu görüntüləri gündəm oldu - VİDEO

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

End of content

No more pages to load

RADİO