Hacı Salayev villasına 158 minlik lift istədi - Başına iş açdı - FOTO

Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.

Bu iş üzrə zərərçəkmişlərdən biri keçmiş deputat Hacı Salayevdir. O, hazırda bizneslə məşğuldur. İttihamda deyilir ki, müttəhim Tural Nəcəfov özünü tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığının, turniketlərin xarici ölkələrdən gətizdirməklə quraşdırılması sahəsində çalışan geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib.
O, Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədovun, sabiq deputat Hacı Salayevin və digərlərinin inam və etibarını qazana bilib. Nəticədə fasad xidmət avadanlığının alınaraq “Azərterminalkompleks” Birliyinə verilməsi ilə bağlı 265 min manatlıq müqavilə imzalayıb. Bundan başqa T.Nəcəfov Dövlət Gömrük Komitəsinin (DGK) inşası davam edən yeni inzibati binasına turneketlər quraşdıracağını da vəd edib. “Gerlift Group” MMC ilə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında 146 min manat civarında kommersiya müqaviləsi bağlanılıb. T.Nəcəfov sözügedən vəsaiti təyinatı üzrə xərcləməyib, öz şəxsi ehtiyaclarına sərf edib. Bununla da “Azərterminalkompleks”ə 390 min manat ziyan vurub.

Digər zərərçəkmişlər də eyni üsulla aldadılıb.

Təqsirləndirilən şəxs eks-deputat Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, eks-deputatın pulunu ələ keçirib.


Qeyd olunan əməllərinə görə, T.Nəcəfova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. Müttəhim Nəcəfov özünü təqsirli bilməyib.

Prosesin davamında Hacı Salayevə hüquq xidməti göstərən Balağa Zərbəliyev şahid qismində ifadə verib.

Şahid ifadəsində Hacı Salayevlə birlikdə çalışdıqlarını deyib. Hüquqşünas deyib ki, sabiq deputata məxsus H.Cavid küçəsindəki fərdi yaşayış evinə Almaniya istehsalı olan 630 kq lift quraşdırması ilə bağlı “Gerlift Group” MMC-nin direktoru Tural Nəcəfovla müqavilə bağlanılıb.

O, pulların verilməsində özünün də iştirak etdiyini deyib. 

B.Zərbəliyev sabiq millət vəkilinin hazırda ölkə xaricində olduğunu əlavə edib. Prosesə sədrlik edən hakim Rasim Sadıxov zərərçəkmişin məhkəmədə iştirakının vacib olduğunu şahidin diqqətinə çatdırıb. 

Proses aprelin 23-də davam edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Ronaldinyo böyük futbola QAYIDIR

Ronaldinyo böyük futbola QAYIDIR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Bu görüntüləri gündəm oldu - VİDEO

Bu görüntüləri gündəm oldu - VİDEO

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

End of content

No more pages to load

RADİO