Aprelin 4-də güclü külək nəticəsində Yevlax rayonunda bir neçə yerdə yanğın olub.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Balçılı kəndi ərazisində 70 kvadratmetr, Salamabad kəndi ərazisində 200 kvadratmetr, Aran qəsəbəsi ərazisində 200 kvadratmetr, Cırdaxan kəndi ərazisində 700 kvadratmetr ərazidə kol-kos və qamışlıqlar yanıb.
Cırdaxan kəndi ərazisində baş verən yanğında 3 ədəd elektrik dirəyi də yanaraq sıradan çıxıb.
Yanğınların baş verdiyi ərazilərə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Bizim.Media