Adı var, özü YOX… - Məktəblərin tibb məntəqələri necə FƏALİYYƏT göstərir?

Azərbaycanda şagirdlər arasında qızılca xəstəliyi yayıldıqdan sonra bəzi məktəblərdə tibb məntəqəsinin və tibb bacısının olmaması müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, oktyabrda Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı məktəbin 4-cü sinif şagirdi qızılcadan vəfat etmişdi. Həmin məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkədə dəfələrlə məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərindən şikayətlənmişdi. O, 3 növbəli məktəbdə bir nəfər də olsun tibb işçisinin olmadığını qeyd etmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

İsmayıllının İstisu kəndində HƏKİM PROBLEMİ - TƏBİB tibb məntəqələri haqqında nə düşünür?


Bu günlərdə jurnalistlər üçün keçirdiyi brifinqdə isə Elm və təhsil naziri Emin Əmrullayev də hər məktəbdə tibbi kabinetin olmadığını söyləmişdi.

Bəs məktəblərdə tibb kabinetləri təhsil müəssisələrinin müraciəti əsasında və hansı müddətə yaradılır? Bu tibb məntəqələrinin fəaliyyəti hansı durumdadır?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, təhsilalanlara pulsuz tibbi xidmət təhsil müəssisəsi tərəfindən göstərilir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 iyun 2009-cu il tarixli Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci Maddəsinin (“Təhsil müəssisəsində iaşə və tibb xidməti”) 28.3-cü bəndinə əsasən “Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir.

Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 217nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi” Qaydasına əsasən “Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir və təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin Əməyin Mühаfizəsi bölməsinin 34-cü fəslinin 215-ci mаddəsinə əsasən müəssisələrin mülkiyyətçiləri və işəgötürənlərin həyata keçirdiyi bir sıra tədbirlər sırasına işçilərə lаzımi sаnitаriyа - məişət və müаlicə - prоfilаktik хidmətlərin təşkilini təmin etməsi də daxildir. Müəssisələrdə tibb məntəqələrinin yaradılması isə həmin müəssisələrin səlahiyyətləri çərçivəsindədir”.

Məlumatda təhsil müəssisələrində tibbi xidmətin təşkili prinsiplərinin Nazirlər Kabinetinin qərarına əsaslandığı öz əksini tapıb:

“Azərbaycan Respublikası “Təhsil haqqında” Qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” ilə tənzimlənir.

Bu qaydalara əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər.

Təhsil müəssisələrində təhsilalanların tibbi xidmətlə təmini iki formada həyata keçirilir:

“Təhsil müəssisəsində ambulator tibb xidmətinin təşkili üçün yaradılmış həkim və ya tibb məntəqəsi (məktəb həkim-pediatrı və ya tibb bacısı tərəfindən) və ümumi qaydada, yəni yerində ambulator tibbi xidmət təşkil edilmədən (sahə üzrə təhkim edilmiş sahə həkimi-pediatr (ailə həkimi) və ya tibb bacısı tərəfindən…”

Qeyd edilib ki, ambulator tibb xidmətinin təşkili üçün təhsil müəssisəsində yaradılmış həkim və ya tibb məntəqəsinə həkimin, eləcə də tibb bacısının birdəfəlik təhkim edilməsi üçün bu müəssisədə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatları nəzərə alınır.

“Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəb həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir”, - deyə məlumatda vurğulanıb.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Ronaldinyo böyük futbola QAYIDIR

Ronaldinyo böyük futbola QAYIDIR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Bu görüntüləri gündəm oldu - VİDEO

Bu görüntüləri gündəm oldu - VİDEO

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

End of content

No more pages to load

RADİO