Bakı şəhər Sabunçu rayonu ərazisində körpüdə intihara cəhdin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, 1997-ci il təvəllüdlü S.Əhmədzadə Heydər Əliyev prospektinin üzərindəki körpüyə çıxaraq özünü atmaq istədiyini nümayiş etdirib.
S.Əhmədzadə ərazidəki polis əməkdaşları tərəfindən fikrindən daşındırılıb.
O, ərazi üzrə polis şöbəsinə aparılıb. Hazırda araşdırma aparılır.
Bizim.Media