Martın 3-də keçirilən buraxılış imtahanında şimal bölgəsinin 2 rayonu üzrə ən yüksək nəticə əldə edən 2 şagirdin adı açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsindən açıqlama verilib.
Belə ki, Şabran şəhərindəki Məmmədağa Nəzirov adına 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Sənubər Elnur qızı Xəlilzadə buraxılış imtahanında rayon üzrə ən yüksək nəticə (296 bal) göstərib.
Siyəzən şəhərindəki Ş.İsmayılov adına 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Şükriyyə Avtandil qızı Həsənova isə 295 bal toplayıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu