Heyvan satışı bazarlarında nöqsanlar aşkarlandı – FOTO  

Respublikada müntəzəm şəkildə fəaliyyət göstərən 24 heyvan satışı bazarını (Naxçıvan MR istisna) əhatə edən monitorinqlər nəticəsində bir sıra heyvan satışı bazarlarında ciddi nöqsanlar müəyyən olunub. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, bəzi bazarların ərazisinin hasarla sərhədlənməməsi, giriş və çıxışda dezobaryerlərin olmaması, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmaması, bazara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması və ixtisaslı mütəxəssis tərəfindən nəzarətin təmin olunmaması halları və sair nöqsanlar aşkar edilib. 

Qiymətləndirmənin nəticələrinə görə, monitorinqə cəlb edilən Abşeron, Ağsu, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Göygöl, İmişli, Masallı, Qəbələ, Salyan, Şamaxı və Zaqatala rayonlarında fəaliyyət göstərən heyvan satışı bazarlarında ərazinin hasarla sərhədlənməsi təmin edilsə də, bir sıra ciddi çatışmazlıqlar müəyyən olunub.

Belə ki, bazarlarda mütəmadi olaraq təmizləmə və dezinfeksiya işlərinin aparılmaması, bazarlara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması kimi nöqsanlar aşkar edilib. 

Agentliyin apardığı monitorinqlər zamanı Ağcabədi, Ağdaş, Binəqədi, Beyləqan, Gədəbəy, Göyçay, Sabirabad, Şəki, Tovuz və Xaçmaz rayon və şəhər ərazilərində fəaliyyət göstərən heyvan satışı bazarlarında daha ciddi nöqsanlar aşkarlanıb. Bu bazarların ərazisinin sərhədlənməsi primitiv üsullarla, yəni xəndək qazmaqla və ya məftil hasar çəkməklə təşkil edilib ki, bu da qapalılıq rejiminin qorunmasını təmin etmir. Habelə qazılmış xəndəklərə toplanmış yağış suları tullantılarla zibillənərək antisanitar vəziyyətin yaranmasına səbəb olur. Nəzarət tədbirləri zamanı bazarlarda heyvanların daşınmasının müvafiq təlimatlara uyğun yerinə yetirilmədiyi, ərazidə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin görülmədiyi aşkarlanıb. Bundan başqa, satış üçün bu bazarlarda uyğun şəraitin yaradılmadığı, baytar həkimin nəzarətinin təmin edilmədiyi və digər nöqsanlar da qeydə alınıb. 

Bildirilib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan satışı bazarlarında Agentlik tərəfindən ciddi tədbirlərin görülməsi təmin ediləcək. 

Belə ki, respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Göstərilənlər nəzərə alınaraq, bazar rəhbərlərinə məktublar ünvanlanıb, mövcud nöqsanların aradan qaldırılması üçün müddət təyin edilib və müvafiq təlimatlar təqdim olunub. 

Görüləcək tədbirlər sırasında həmçinin bazarların “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürülməsi, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsinin təmin edilməsi işləri həyata keçiriləcək. Hazırda Agentlik tərəfindən davam etdirilən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək. Bu sahədə fəaliyyət göstərən sahibkarlar, eləcə də istehlakçılar onları maraqlandıran suallarla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.  








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan vasitəsilə 490 ton buğda Ermənistana göndərildi – VİDEO

Azərbaycan vasitəsilə 490 ton buğda Ermənistana göndərildi – VİDEO

Ötən il aşkarlanan saxta diplomarın SAYI AÇIQLANDI

Ötən il aşkarlanan saxta diplomarın SAYI AÇIQLANDI

Rəqəmsal sektorda yeni mərhələ - İT xidmətləri UCUZLAŞACAQ?

Rəqəmsal sektorda yeni mərhələ - İT xidmətləri UCUZLAŞACAQ?

Açıq havada istirahət edənlərin DİQQƏTİNƏ – Ölümcül mikroblar ola bilər

Açıq havada istirahət edənlərin DİQQƏTİNƏ – Ölümcül mikroblar ola bilər

Hidayət Heydərovun "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin SƏBƏBİ AÇIQLANDI

Hidayət Heydərovun "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin SƏBƏBİ AÇIQLANDI

Ən qərarsız BÜRCLƏR – Onlar üçün seçim etmək işgəncədir...

Ən qərarsız BÜRCLƏR – Onlar üçün seçim etmək işgəncədir...

Astarada AĞIR QƏZA – Ölən və yaralılar var

Astarada AĞIR QƏZA – Ölən və yaralılar var

Polşadan SƏRT MESAJ: “Rusiya ilə danışıqlarda iştirak etməsək, nəticələri tanımayacağıq” – VİDEO

Polşadan SƏRT MESAJ: “Rusiya ilə danışıqlarda iştirak etməsək, nəticələri tanımayacağıq” – VİDEO

Hamilə qadınların yayda ən çox verdiyi sual: Hovuza girmək olarmı?

Hamilə qadınların yayda ən çox verdiyi sual: Hovuza girmək olarmı?

Orden qalmaqalının TARİXİ KÖKLƏRİ - Polşa və Ukrayna arasında nə BAŞ VERİR?

Orden qalmaqalının TARİXİ KÖKLƏRİ - Polşa və Ukrayna arasında nə BAŞ VERİR?

174 illik kilsə yanaraq külə döndü – VİDEO

174 illik kilsə yanaraq külə döndü – VİDEO

1700 turistin olduğu hoteldə yanğın– VİDEO

1700 turistin olduğu hoteldə yanğın– VİDEO

15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ – Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?

15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ – Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?

Azərbaycan vasitəsilə Ermənistana daha 7 vaqon buğda GÖNDƏRİLƏCƏK

Azərbaycan vasitəsilə Ermənistana daha 7 vaqon buğda GÖNDƏRİLƏCƏK

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı – VİDEO

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı – VİDEO

İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN

İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

"Minimum bal toplamayan müəllimlərin işdən çıxarılması ədalətli qərardır" - VİDEO

"Minimum bal toplamayan müəllimlərin işdən çıxarılması ədalətli qərardır" - VİDEO

Tramp Qasım Süleymaninin necə öldürülməsindən danışdı – VİDEO

Tramp Qasım Süleymaninin necə öldürülməsindən danışdı – VİDEO

Valideynlərə XƏBƏRDARLIQ – Yayda uşaqları bu içkilərdən uzaq tutun

Valideynlərə XƏBƏRDARLIQ – Yayda uşaqları bu içkilərdən uzaq tutun

Flora Kərimova bu gün xəstəxanadan evə BURAXILACAQ

Flora Kərimova bu gün xəstəxanadan evə BURAXILACAQ

Makron sirləri açdı: “Tramp Ukrayna torpaqlarının Rusiyaya verilməsi ilə razılaşmışdı” – VİDEO

Makron sirləri açdı: “Tramp Ukrayna torpaqlarının Rusiyaya verilməsi ilə razılaşmışdı” – VİDEO

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən Vasif Haqverdiyev HƏBS OLUNDU

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən Vasif Haqverdiyev HƏBS OLUNDU

End of content

No more pages to load

RADİO