"Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilib" - Dövlət başçısı

"Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"O ki qaldı, qaçaqmalçılıq versiyasına. Bu, əlbəttə ki, araşdırılmalıdır. Çünki müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir. Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident növbəti dəfə Şuşaya atılan "İsgəndər-M"dən danışdı


Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir.

Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir.

Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib.

O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir.

Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı.
 

Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb.


Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar.

Yəni, biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur.

Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır", - dövlət başçısı deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Çində belə qarşılandı - VİDEO

Tramp Çində belə qarşılandı - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Ərdoğan Qazaxıstana səfər edib

Ərdoğan Qazaxıstana səfər edib

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Levandovski “Barselona”nı tərk edir

Levandovski “Barselona”nı tərk edir

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi

Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi

Filippin parlamentində silahlı insident – ANBAAN VİDEO

Filippin parlamentində silahlı insident – ANBAAN VİDEO

Milli mətbəximiz yenə mübahisə mövzusu oldu - Bu dəfə “quymaq” GÜNDƏMDƏ

Milli mətbəximiz yenə mübahisə mövzusu oldu - Bu dəfə “quymaq” GÜNDƏMDƏ

Millimizin üzvünə Polşa klubundan DƏVƏT GƏLDİ

Millimizin üzvünə Polşa klubundan DƏVƏT GƏLDİ

Prezidentdən yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə bağlı FƏRMAN

Prezidentdən yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə bağlı FƏRMAN

Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?

Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?

Anbar yanğını ilə bağlı “Birmarket”dən müştərilərinə MÜRACİƏT

Anbar yanğını ilə bağlı “Birmarket”dən müştərilərinə MÜRACİƏT

End of content

No more pages to load

RADİO