Bakıda ana və övladının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Sabunçu tayonu ərazisində qeydə alınıb.
Ana və iki azyaşlı övladı yolu keçmək istəyərkən Tağıyev Taleh Əhliman oğlu idarə etdiyi "Ravon" markalı avtomobillə onları vurub.
Nəticədə ana və azyaşlı oğlu dünyasını dəyişib. Xəsarət alan digər uşaq isə xəstəxanaya yerləşdirlib.
Qəza baş verən ünvandan görüntüləri təqdim edirik:
Bizim.Media