Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusu- Kərimli Qalası Müslüm oğlunun nəşi tapılıb.
Bizim.Media-nın xəbərinə görə, şəhidin nəşi Hacıqabul rayonunun Muğan qəsəbəsinə gətiriləcək və vida mərasimindən sonra qəsəbə qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Q.Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub.
O, Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Belə ki, Q.Kərimli ilə noyabrın 2-də əlaqə kəsilib.
Kərimli Qalası Müslüm oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Bizim.Media
