Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat verib.
Bildirilib ki, yerli vaxtla saat 18.35-də Nardaran seysmoloji stansiyasından 165 kilometr şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4.2-dir.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Bizim.Media