XI Qlobal Bakı Forumu ilə əlaqədar mətbuat konfransı KEÇİRİLİB - FOTO

Bakıda keçiriləcək “Parçalanmış Dünyanın Bərpası” mövzusunda XI Qlobal Bakı Forumu ilə əlaqədar martın 13-də mətbuat konfransı təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Azərbaycanda son üç ildə əldə olunmuş inkişafı görməkdən məmnunluq hissi duyduqlarını bildirib. 

Deyib ki, bunlar dondurulmuş münaqişələrin həlli və hələ də danışıqlar prosesində olan sülh sazişləri ilə bağlı razılığın əldə edilməsidir. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini də diqqətə çatdırıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib:

“XI Qlobal Bakı Forumunda biz təkcə müharibə və sülh mövzularını deyil, iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələlərini də müzakirə edəcəyik”.

Qlobal problemlərin qlobal həllərinin olmasının vacibliyini vurğulayan həmsədr diqqətə çatdırıb ki, tədbirdə dünyanın fərqli ölkələrindən dövlət və hökumət başçıları müxtəlif mövzularda təcrübələrini bölüşəcəklər.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Azərbaycanın qlobal problemlərin həllində fəal iştirak etməklə yanaşı, məsələlərin müzakirəsini də təşkil etdiyini vurğulayıb. Deyib ki, Qlobal Bakı Forumu da Azərbaycanın ev sahibliyi etdiyi belə tədbirlərdən biridir.

Ötən ilin Azərbaycan üçün möhtəşəm keçdiyini vurğulayan Rosen Plevneliyev ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini xatırladıb.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç çıxışında Qlobal Bakı Forumunun ildən-ilə daha maraqlı keçdiyini və daha mühüm mövzulara toxunulduğunu qeyd edib.

Dünyanın ildən-ilə daha da mürəkkəbləşdiyini vurğulayan sabiq Prezident əlavə edib:

“Bu il də biz dünyaya təsir göstərən mövzular, o cümlədən indiki müharibələri, münaqişələri və onların həll yollarını müzakirə edəcəyik”.

Digər çıxış edənlər - Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Musa, Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, BMT Baş Assambleyasının 73-cü Prezidenti Maria Fernanda Espinosa, Robert F. İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi tədbirin önəmindən danışıb, müzakirə olunacaq mövzuların əhəmiyyətini bildiriblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Sakinləri cana yığan uğultunun sirri açıldı

Sakinləri cana yığan uğultunun sirri açıldı

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO