Samir Nuriyev: "Keçmiş məcburi köçkünlərin qayıdışı istiqamətində işlər planlı şəkildə davam etdirilir" - FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının öz güclü liderinə olan inamını və etimadını, dövlətimizin başçısının ölkəmizin inkişafı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə dəstəyini bir daha ifadə etdiyini diqqətə çatdırıb. 

O qeyd edib ki, builki seçkilərin əsas xüsusiyyəti və önəmi ondadır ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq xalqımız ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkənin vətəndaşları olaraq seçkidə iştirak ediblər.

Budəfəki seçkinin ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və işğaldan azad edilmiş digər yerlərdə keçirilməsinin hər bir azərbaycanlı üçün tarixi və qürurverici hadisə olduğu vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq ötən dövr ərzində genişmiqyaslı yenidənqurma və bərpa tədbirlərinin görüldüyü, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı istiqamətində işlərin planlı və əlaqələndirilmiş şəkildə davam etdirildiyi Qərargahın rəhbəri tərəfindən qeyd olunub.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma fəaliyyəti, o cümlədən şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması, bərpası, nəqliyyat infrastrukturunun yaradılması, rabitə xidmətinin təşkili, eyni zamanda, azad edilmiş ərazilərin iqtisadi dayanıqlığının təmini, əhalinin məskunlaşması və məşğulluq məsələləri ilə bağlı görülən işlər üzrə məruzələr dinlənilib.

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş müvafiq əraziləri üzrə xüsusi nümayəndəliklərinin yerlərdəki fəaliyyəti çərçivəsində görülən işlər və 2024-cü ildə qarşıda duran planlar barədə xüsusi nümayəndələr tərəfindən məlumatlar verilib.

Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keyfiyyətli, operativ, kompleks yanaşma tətbiq etməklə əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Sakinləri cana yığan uğultunun sirri açıldı

Sakinləri cana yığan uğultunun sirri açıldı

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO