Kürdəmirdə ruhi dispanserdə müalicə alan Ucar sakini dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki,rayonda yerləşən ruhi dinspanserdə bir müddətdir ki, müalicə alan Ucarın Alpout kənd sakini 1959-cu il təvəllüdlü Mıkayılova Göyərçin Bahadir qızının səhhəti qəfildən ağırlaşıb.
Həkimlər onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanda dünyasını dəyişib.
Həkimlər xəstəyə ağciyər və ürək çatışmazlığı diaqnozu qoyublar.Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırlır.
Bizim.Media, Aran bürosu