COP29-un işıqlandırılmasında iştirak edəcək jurnalistlər üçün ilk təlim keçirildi – FOTO  

13 mart 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda ilk təlim keçilib.  

Bizim.Media xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ekoloji məsələlərin ümumbəşəri əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə peşəkar medianın üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib, medianın ilk növbədə ekoloji maarifləndirməyə böyük diqqət göstərməli olduğunu, həmçinin insanların ekoloji savada yiyələnməsinin təşviqində oynadığı müstəsna rolu qeyd edib.

İcraçı direktor həmçinin diqqətə çatdırmışdır ki, Azərbaycan mediası COP29-un yaratdığı imkanlardan faydalanaraq bu istiqamətdə işini səmərəli mexanizmlər əsasında qurmalı, öz subyektiv mülahizələrini əsas götürərək ölkəmizin imicini ləkələmək istəyənlərə tutarlı arqumetlərlə cavab verməlidir. 
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkə reallıqlarının dünya ictimaiyyətinə effektiv çatdırılmasına böyük imkanlar yaradacaq, davamlı təşkil olunacaq bu tip təlimlər jurnalistlərimizin COP29-la bağlı biliklərini daha da artıracaq.  

Azərbaycan Respublikası Energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş İcraçı direktor Elnur Soltanov ətraf mühitin qorunmasında, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılmasında və Azərbaycanda iqlim dəyişikliyinin əhəmiyyəti barədə məlumatlılığın artırılmasında media nüməyəndələrinin böyük rolunun olduğunu söyləyib. 

İngilis dilində keçirilən təlimdə bərpa olunan enerji, iqlim dəyişikliyi məsələləri və dayanıqlılıq üzrə ixtisaslaşmış kommunikasiya mütəxəssisi Nik Mediç “İqlim dəyişikliyinin elmi əsasları”, “Bərpa olunan enerji: texnologiya və inkişaf” adlı sessiyalarda çıxış edib. 

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi, təlimçi Əhməd Hümbətov isə “Mədən yanacaqları: onlar ətraf mühitə nə qədər mənfi təsir göstərir və biz həqiqətən onlarsız keçinə bilərikmi?”, “İqlim dəyişikliyinin iqtisadi və siyasi aspektləri” sessiyalarında media nümayəndələri ilə geniş müzakirələr aparıb. 

Sonda təlimçilər iqlim dəyişikliyi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırılıblar.  
 

















 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Sakinləri cana yığan uğultunun sirri açıldı

Sakinləri cana yığan uğultunun sirri açıldı

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO