Rusiya prezidenti Vladimir Putin televiziya tamaşaçıları ilə “Canlı əlaqə”x9d zamanı müxalifətlə əməkdaşlığa hazır olduğunu bildirib.xa0
Maraqlıdır, Azərbaycanda da iqtidarın müxalifətlə əməkdaşlıq mümkündürmü? Belə bir əməkdaşlıq ölkədaxili problemlərin həllinə töhfə verə bilrmi?
Moderator.az-a açıqlama verən “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iqtidarın belə bir əməkdaşlığa maraq göstərmədiyini vurğuladı:
“Təəssüflər olsun ki, Azərbaycanda iqtidar müxalifətlə əməkdaşlığa maraq göstərmir. Bunu son vaxtlar baş verən bir sıra hadisələr, eləcə də müxalifətin ünvanına səsləndirilən ittihamlar bir daha sübut edir. Bu baxımdan mövcud şərtlər altında belə bir əməkdaşlığın reallaşması inandırıcı görünmür. Lakin təbii ki, belə bir əməkdaşlıq ölkəmiz üçün faydalı olardı”x9d.
Seymur Əliyev