68 kiloqramlıq ağ ölüm - Sosial şəbəkədə narkotik satan şəxsin SƏS YAZISI 

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop tərkibli dərmanların ölkə ərazisində yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Orxan Səfərov saxlanılıb.

Ondan 1 kiloqramdan artıq heroin, 103 qram metamfetamin, eləcə də, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik kart götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Orxan Səfərovun paytaxt ərazisində yaşadığı evə baxış keçirən polislər oradan 29 kiloqram heroin, 5 kiloqram metamfetamin, 453 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri aşkar edərək götürüblər.

Saxlanılan şəxs izahatında narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini və onunla yalnız sosial şəbəkələr vasitəsi ilə əlaqə saxladığını bildirib.

Baş İdarə əməkdaşları tərəfindən Sumqayıt şəhərində həyata keçirilən əməliyyat zamanı vətəndaş Tural Məmmədov saxlanılıb.

Onun üzərinə baxış zamanı 200 qrama yaxın heroin və metamfetamin aşkar edilib. Daha sonra saxlanılan şəxsin yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi müəyyən edilib.

Polis əməkdaşları onun Sumqayıt şəhərindəki mənzilindən əlavə olaraq 5 kiloqram heroin, 3 kiloqram marixuana, 10 kiloqram metamfetamin, 6000 ədəd satışı qadağan olunan psixotrop tərkibli tramadol və 9510 ədəd metadon həbi, eləcə də, 1 ədəd elektron tərəzi aşkar edərək götürüblər.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə Abşeron rayonunda yaşayan Afiq Əliyev saxlanılıb. Saxlanılan zaman onun üzərindən 9 kiloqrama yaxın tiryək, 510 qram heroin və 1 kiloqram marixuana aşkar olunub.

Qeyd edək ki, bu şəxs xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə paytaxt, eləcə də ayrı-ayrı rayonların ərazisində əvvəlcədən müəyyən edilən ünvanlara yerləşdirməli imiş.

Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə vətəndaş Musəvi Musayev də narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb.

Onun üzərindən 4 qram heroin, təmir işləri ilə məşğul olduğu Sabunçu rayonunda yerləşən obyektdə isə gizlətdiyi 1 kiloqram 371 qram heroin, 1 kiloqram 220 qram marixuana, 22 qram metamfetamin, ümumilikdə 495 ədəd metadon və metilin həbləri, həmçinin, 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bununla da Baş İdarə əməkdaşları tərəfindən keçirilən bu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 68 kiloqrama yaxın narkotik vasitə və 16 min 458 ədəd psixotrop tərkibli həblərin realizə olunmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Supermarketlərdə qırmızı alış-veriş səbətlərinin ƏSL MƏQSƏDİ

Supermarketlərdə qırmızı alış-veriş səbətlərinin ƏSL MƏQSƏDİ

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

End of content

No more pages to load

RADİO