Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan “WhatsApp”x9d daha bir neçə telefona verdiyi dəstəyini geri çəkir.
Moderator.az xəbər verir ki, İstiPress-in məlumatına görə, bir ay sonra bəzi köhnə modellərdə xidmət işləməyəcək.xa0
Məhdudiyyətlərə bir ay qalmış “WhatsApp”x9d əməkdaşlığı dayandırdığı markaların adlarını da açıqlayıb.
İyul ayına kimi “WhatsApp”x9ddan məhrum olacaq modellər aşağıdakılardır:xa0
- BlackBerry 10
- BlackBerry OS
- Nokia S60
- Nokia S40
- Android 2.0
- iOS 7.0
Xatırladaq ki, ilin əvvəlində - yanvar ayında “Android 2.0”x9d və bəzi köhnə proqram sistemi olan “iPhone”x9dlarda da “WhatsApp”x9dın işi dayandırılmışdı.