Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adının verilməsinə dair fərman imzalayıb. xa0xa0
xa0
APA-nın xa0"turkmenistan.gov.tm”x9d saytına istinadən verdiyi xəbərə görə, fərmana əsasən, Polad Bülbüloğlu fəxri xa0ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, mədəni və humanitar sahələrdə xa0dialoqun genişləndirilməsindəki xüsusi xidmətləri, habelə istedadı və mahnı-musiqi sənətinin inkişafındakı uğurlarına görə təltif olunub.