Xronika: Orxan Əsgərovun atası şəhidin Qərbi Azərbaycan sevgisindən danışdı - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi həkim-pediatr, şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov olub.

O, ata-anasının hələ uşaq vaxtlarında Qərbi Azərbaycanın Göyçə mahalından - Basarkeçər rayonunun Nərimanlı kəndindən məcburən köç etməsindən, Azərbaycanın Göygöl rayonunda məskunlaşmasından söhbət açıb. Bildirib ki, ötən əsrdə soydaşlarımız ermənilər tərəfindən məqsədli şəkildə sıxışdırılıb, deportasiyalara, kütləvi qətliamlara məruz qoyulub. “Ermənilər azərbaycanlılara qarşı hər cür vəhşiliyə əl atırdılar” - söyləyən müsahib valideynlərinin ailələrinin də bu təzyiq və təhdidlərlə üz-üzə qaldığını, məcburiyyət qarşısında öz əzəli yurdlarını tərk etdiyini vurğulayıb.

R.Əsgərov 8-ci sinfə qədər Nərimanlı kənd orta məktəbində təhsil aldığını diqqətə çatdırıb. Söyləyib ki, uşaqlıq illərinin ən gözəl çağları Göyçə mahalında keçib. O, kənd əhalisinin məşğulluğundan, biri-birinə xoş münasibətindən, milli-dini adət-ənənələrə bağlılığından, elmə və təhsilə olan marağından da danışıb. Qeyd edib ki, Nərimanlı kənd orta məktəbinin müəllimləri şagirdlərə qarşı yüksək tələbkarlığı ilə seçiliblər. Onlara bu işdə valideynlər də böyük dəstək olublar. Bu tələbkarlığın nəticəsi olaraq, hər il məzunlarının mütləq əksəriyyəti ali təhsil müəssisələrinə daxil olub, tələbə adını qazanıb.
Kəndin tarixiliyinə diqqət çəkən müsahib yaşayış məntəqəsinin ərazisində qədim Alban qəbirlərinin, tarixi abidələrin olduğunu dilə gətirib. Bildirib ki, ermənilər yeni məktəb binası tikmək adı ilə bu tarixi abidələrin çoxunu dağıdıb, məhv edib, bəzisini isə özününküləşdiriblər. R.Əsgərov erməni həkimlərinin azərbaycanlılara münasibətinə də toxunub. Söyləyib ki, Basarkeçər rayon xəstəxanasına müalicə, yaxud əməliyyat üçün müraciət edən soydaşlarımıza erməni həkimlər əsl cəlladlıq ediblər. Onun sözlərinə görə, 1980-ci illərin sonlarında rus əsgərlərinə arxalanan ermənilər daha da azğınlaşıb, azərbaycanlılarla istədikləri kimi rəftar edib, soydaşlarımızın deportasiyasına nail olublar.

R.Əsgərov ötən il sentyabrın 27-də İrandakı səfirliyimizdə terror hücumuna məruz qalaraq şəhidlik zirvəsinə ucalan oğlu Orxan Əsgərovdan, onun Qərbi Azərbaycana olan bağlılığından, Göyçə sevgisindən də danışıb. Deyib ki, O.Əsgərov Qərbi Azərbaycanı görməsə də əzəli torpaqlarımızla bağlı araşdırmalar aparıb, nə zamansa o yerlərə qayıtmaq ümidi ilə yaşayıb. Qeyd edib ki, yüksək ali təhsil alan, xidməti fəaliyyəti dövründə daim fərqlənən şəhid O.Əsgərov övladlarının da ali təhsilli olmasını arzulayıb. R.Əsgərovun sözlərinə görə, şəhidin qızı Aysu Əsgərli atasının ümidlərini doğruldub və hazırda Türkiyədə tibb sahəsi üzrə ali təhsil alır. Şəhidimizin oğlu isə məktəblidir.

Qərbi Azərbaycana qayıtmaq istiqamətində görülən işləri, atılan addımları yüksək qiymətləndirən şəhid atası, həkim-pediatr R.Əsgərov ata-baba yurdunun həsrətini çəkdiyini, gələcəkdə oraya qayıtmaq ümidinin hər keçən gün daha da artdığını vurğulayıb.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bakının 4 rayonunda su olmayacaq

DİQQƏT! Bakının 4 rayonunda su olmayacaq

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Ukrayna PUA-sı Türkiyəyə düşdü – VİDEO

Ukrayna PUA-sı Türkiyəyə düşdü – VİDEO

FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

Kiyevdə sabah matəm olacaq - VİDEO

Kiyevdə sabah matəm olacaq - VİDEO

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici TƏYİN ETDİ

BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici TƏYİN ETDİ

Azərbaycandan Avropaya yaşıl enerji ixrac ediləcək – TARİX AÇIQLANDI

Azərbaycandan Avropaya yaşıl enerji ixrac ediləcək – TARİX AÇIQLANDI

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Kəpənəklərdən ibarət "ağ bulud" – FOTO

Kəpənəklərdən ibarət "ağ bulud" – FOTO

“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

120 il yaşamaq üçün nə edək?

120 il yaşamaq üçün nə edək?

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

End of content

No more pages to load

RADİO