''Bandotdel'' əməliyyat keçirdi - Saxlanılanlar var 

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlıqla, o cümlədən, narkotik vasitələrin yayılmasının qarşının alınması istiqamətində fasiləsiz və qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Belə ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar.

Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən, 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Müşfiq Mirzəyev şəxsiyyəti istintaqa hələlik məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib.

Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də, digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Narkotik vasitələrin qanunusuz dövriyyəsində şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni dövrün PRİORİTETLƏRİ

Yeni dövrün PRİORİTETLƏRİ

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

"Şevket" dəyişib belə oldu – FOTO

"Şevket" dəyişib belə oldu – FOTO

Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Balakəndə ƏMƏLİYYAT: Səfər Şərifov SAXLANILDI - VİDEO

Balakəndə ƏMƏLİYYAT: Səfər Şərifov SAXLANILDI - VİDEO

“Layk” naminə TƏHLÜKƏ - Maşın sürərkən video çəkənləri hansı cəza GÖZLƏYİR?

“Layk” naminə TƏHLÜKƏ - Maşın sürərkən video çəkənləri hansı cəza GÖZLƏYİR?

Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

“Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU

“Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Qızıl hazırda bu qiymətə SATILIR

Qızıl hazırda bu qiymətə SATILIR

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Londonda azərbaycanlı qadın vəfat etdi

Londonda azərbaycanlı qadın vəfat etdi

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

End of content

No more pages to load

RADİO