Vəzifəli şəxslər rüşvət alan zaman saxlanıldılar — İş məhkəməyə göndərildi

Rüşvət almaqda təqsirləndirilən Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyev, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayev və bələdiyyənin mühasibi Bəhruz Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media-nın xəbərinə görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.

Qeyd edək ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Bundan əlavə, 23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni dövrün PRİORİTETLƏRİ

Yeni dövrün PRİORİTETLƏRİ

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

"Şevket" dəyişib belə oldu – FOTO

"Şevket" dəyişib belə oldu – FOTO

Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Balakəndə ƏMƏLİYYAT: Səfər Şərifov SAXLANILDI - VİDEO

Balakəndə ƏMƏLİYYAT: Səfər Şərifov SAXLANILDI - VİDEO

“Layk” naminə TƏHLÜKƏ - Maşın sürərkən video çəkənləri hansı cəza GÖZLƏYİR?

“Layk” naminə TƏHLÜKƏ - Maşın sürərkən video çəkənləri hansı cəza GÖZLƏYİR?

Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

“Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU

“Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Qızıl hazırda bu qiymətə SATILIR

Qızıl hazırda bu qiymətə SATILIR

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Londonda azərbaycanlı qadın vəfat etdi

Londonda azərbaycanlı qadın vəfat etdi

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

End of content

No more pages to load

RADİO