Qərbi Azərbaycan Xronikası: “Erməni ordusu sərhəddən ən az beş kilometr geri çəkilir” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, süjetdə rəsmi İrəvanın təklif etdiyi “güzgü prinsipi”, eləcə də “Aniv” Erməni Araşdırmalarının İnkişafı və Dəstəyi Fondu tərəfindən irəli sürülən “Ermənistan qoşunları Gorusdan tamamilə çıxarılır, Azərbaycan ordusu isə Sevan (Göyçə) gölünü tam nəzarətə götürür” iddiası ilə bağlıdır.

Bildirilir ki, “güzgü prinsipi”, yəni  qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi Azərbaycan ordusunun dövlət sərhədində strateji yüksəkliklərə nəzarəti itirməsinə hesablanmış plandır. “Aniv” fondu isə bu planın Göyçənin Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcəyini yazır və Ermənistan üçün təhlükəli olduğunu iddia edir.”

Diqqətə çatdırılır ki, bu iddialar Ermənistanda ictimai rəyi hakimiyyətə qarşı yönləndirmək kimi görünür:

“Ermənistanda qorxu yaradan əsas amil Azərbaycan ordusunun sərhəd boyu ərazilərdə strateji mövqelərə sahib olmasıdır. Hərçənd, rəsmi Bakı ən yüksək səviyyədə yeni müharibədə maraqlı olmadığını dəfələrlə bəyan edib. Bundan sonra Azərbaycanın əsas hədəfi danışıqlar yolu ilə sülhə nail olmaqdır”.

Qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında müharibə riski mövcuddur, xüsusilə rəsmi İrəvanın sülh gündəliyini arxa plana keçirmək və yeni şərtlər yaratmaq məqsədilə hərbi təxribatlara başlaması planları istisna edilməməlidir:

“Lakin hazırda sülh gündəliyi ön plandadır və hər şey Ermənistandan asılıdır, çünki rəsmi Bakı yaxın dövrdə ən azı sülh sazişi ilə bağlı niyyət sənədinin imzalanmasında maraqlıdır. 44 günlük müharibədən sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, xüsusilə Zəngəzur dəhlizindən imtina etməsi prosesin reallaşmasını çətinləşdirib. Sülhdə maraqlı olan Azərbaycan isə prosesi sürətləndirmək məqsədilə sərhədin delimitasiyasının sonraya saxılanılması təklifini irəli sürüb. Çünki delimitasiya uzunmüddətli işdir, əgər sülh sazişi sərhədin müəyyən edilməsi çərçivəsində müzakirə edilərsə, bu halda sazişin imzalanması üçün illər lazım olacaq. Eyni zamanda, sovet xəritələrinin saxlanıldığı Rusiyanın prosesə qoşulması ilə nəticələnəcək ki, bu da ikitərəfli formatda danışıqların pozulması ilə nəticələnə bilər”.

Sonda vurğulanır ki, Azərbaycan regionun təhlükəsizliyi və gələcəyi naminə sülh sazişinin imzalanması önündəki əngəlləri aradan qaldırmaq ssenarisindən çıxış edir:

“İndi top Ermənistanın meydanındadır. Belə ki, sülh sazişinin imzalanması üçün ya Bakının haqlı tələblərini qəbul etməli, yəni  Naxçıvana “maneəsiz keçid” verməli və azərbaycanlı qaçqınların öz evlərinə qayıdışını təmin etməli, ya da Azərbaycan əsgərinin silahının kölgəsi altında “dalan ölkə” kimi qalmaq taleyi ilə barışmalıdır”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bakının 4 rayonunda su olmayacaq

DİQQƏT! Bakının 4 rayonunda su olmayacaq

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Ukrayna PUA-sı Türkiyəyə düşdü – VİDEO

Ukrayna PUA-sı Türkiyəyə düşdü – VİDEO

FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

Kiyevdə sabah matəm olacaq - VİDEO

Kiyevdə sabah matəm olacaq - VİDEO

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici TƏYİN ETDİ

BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici TƏYİN ETDİ

Azərbaycandan Avropaya yaşıl enerji ixrac ediləcək – TARİX AÇIQLANDI

Azərbaycandan Avropaya yaşıl enerji ixrac ediləcək – TARİX AÇIQLANDI

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Kəpənəklərdən ibarət "ağ bulud" – FOTO

Kəpənəklərdən ibarət "ağ bulud" – FOTO

“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

120 il yaşamaq üçün nə edək?

120 il yaşamaq üçün nə edək?

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

End of content

No more pages to load

RADİO