“Rahat”x9d supermarketlər şəbəkəsinin “avtomobil qazanmağın rahat yolu”x9d lotereyasının ilk tirajının qalibləri müəyyənləşib.
“Report”x9d xəbər verir ki, “Rahat”x9d supermarketlər şəbəkəsinin bütün filiallarında keçirilən lotereyanın ilk qalibləri canlı yayımda müəyyən edilib. Yanvarın 8-də “Baku Mall”x9d ticarət və əyləncə mərkəzində keçirilən ilk tirajda beş şanslı müştəri İstanbula səyahət paketi, bir nəfər isə lotereyanın əsas hədiyyəsi olan “Renault Logan”x9d avtomobilini qazanıb.
İstanbula səyahət paketlərinin qalibləri:
1. İsayeva Nərgiz Murad qızı
2. Məhərov Füzuli Qarakişi oğlu
3. Məmmədov Şöhlət Şirin oğlu
4. Nəsirov Alşan Uruşan oğlu
5. Yaqubova Aybəniz Əliyağa qızı
Avtomobili qazanan müştəri isə Mustafayev Şaiq Bəysəfa oğludur.
Lotereya “Rahat”x9d supermarketlər şəbəkəsinin bütün filiallarında keçirilib. Supermarketlər şəbəkəsində alış-veriş edərkən müştərilərin xərclədiyi hər beş manat üçün bir lotereya bileti verilib. İl boyu davam edəcək lotereyanın qalibləri hər ay “Rahat”x9d marketin rəsmi "Facebook" səhifəsində canlı yayımda müəyyən ediləcək.
Ətraflı məlumat üçün “Rahat”x9d marketin rəsmi "Facebook" səhifəsinə müraciət edə və yaxud *5551 qaynar xətt nömrəsinə zəng etmək mümkündür.xa0