Moderator.az xəbər verir ki, bu gün “Vəfa”x9d Sosial İctimai Problemlərə Dəstək İctimai Birliyi tərəfindən xeyriyyə tədbiri keçirilib. “Niaqara”x9d şadlıq sarayında baş tutan tədbir 6 imkansız ailənin oğlan övladlarının sünnət olunması məqsədilə təşkil olunub. xa0xa0
Tədbirdə millət vəkilləri, Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri, QHT sədrləri, tanınmış elm xadimləri, xeyriyyəçi şəxslər, KİV nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.xa0
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Vəfa”x9d İB-nin təsisçisi Vəfa Əsədova və birliyin icraçı direktoru Fatimə Hacıbəyli tədbiri açıq elan edərək təşrif buyuran bütün qonaqları salamlayıblar. V.Əsədova tədbirin keçirilmə məqsədi və mahiyyəti haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, təsisçisi olduğu təşkilat hər zaman maddi vəziyyəti aşağı olan ailələri axtarıb tapır, onların qayğıları, problemləri ilə maraqlanır və imkanları daxilində yardım etməyə çalışır. Bu dəfə isə təşkilat övladlarını sünnət etdirməyə maddi imkanı yol verməyən ailələrin səsinə səs verməyə çalışıb. Bu məqsədlə də daha çox ehtiyacı olan ailələri axtararaq, onların övladları üçün sünnət mərasimi keçirməyi qərara alıblar. Ən böyüyün 10 yaşı, ən kiçiyi isə 3 aylıq olan sünnət olunan uşaqların demək olar ki, çoxunun atası yoxdur. Bununla da təşkilat həm də təkbaşına övlad böyüdən analara dəstək olmağa çalışıb.xa0
İB-nin rəhbərləri daha sonra xeyriyyə tədbirinə təşrif buyurmuş bütün qonaqlara, həmiçin xeyriyyə işində onlara yaxından yarım edən təşkilat üzvlərinə öz minnətdarlıqlarını bildiriblər. Həmçinin “Niaqara”x9d şadlıq sarayının rəhbərliyinə və kollektivinə tədbirin təşkilində hər cür şərait yaratdıqlarına görə sonsuz təşəkkür ediblər.xa0
Tədbir zamanı daha bir tədqirəlayiq işə imza atılıb. Belə ki, tədbir çərçivəsində fiziki imkanları məhdud olan istedadlı xanım Aybəniz Nəsirovanın əl işlərindən ibarək sərgi də təşkil olunub. Sərgi zamanı həm də Aybəniz Nəsirovanın əl işlərinin satışı həyata keçirilib.xa0
“Vəfa”x9d İB-nin icraçı direktoru Fatimə Hacıbəyli Moderator.az-a açıqlamasında bildirib ki, təşkilat imkanları daxilində bu tip tədbirləri keçirməkdə bundan sonra da davam edəcək.xa0
Biz də öz növbəmizdə maddi vəziyyəti imkan verən şəxsləri xeyriyyə işlərində “Vəfa”x9d İB-nə həm maddi, həm də mənəvi dəstək olmağa çağırırıq.xa0
Zəhra