Ermənistan qovulan azərbaycanlıların qayıtmasına imkan yaratmalıdır - Qərbi Azərbaycan İcması 

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, bu ölkədən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İcmanın açıqlamasında bildirilib.

Açıqlamada, həmçinin qeyd olunub: 

“Xəbər verildiyi kimi, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaları üzrə dialoqa başlamaq çağırışı ilə Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərmişdi.

Ermənistan tərəfi, o cümlədən şəxsən Baş nazir Paşinyan, İcmanın dialoq çağırışını lazımınca dəyərləndirmək əvəzinə, azərbaycanlıların geri qayıtmaq hüququnu inkar edən və Qərbi Azərbaycan mövzusunu təhrif edən bəyanatlar vermişlər.

Bununla əlaqədar olaraq Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin destruktiv addımlarını dayandırması və qayıdış məsələsi üzrə dialoqda iştirakını təşviq etmək çağırışı ilə BMT-nin Baş katibinə göndərmişdir.

BMT-nin Katibliyi İcmanın BMT-nin Baş katibinə və Ermənistanın Baş nazirinə sözügedən məktublarını BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yaymışdır. Xatırladaq ki, İcmanın fəaliyyətinin əsas məramlarını təşkil edən Qayıdış Konsepsiyası da BMT-nin rəsmi sənədi kimi yayılıb.

Bu sənədlərin BMT-də rəsmi sənədlər kimi yayılması ilə dünya ictimaiyyəti İcmanın fəaliyyətinin məqsəd və prinsipləri, eləcə də dialoq təşəbbüskarı olan tərəfin məhz Qərbi Azərbaycan İcmasının olması barədə ən etibarlı şəkildə məlumatlanıb.

Bütün bunlar Ermənistanın beynəlxalq hüquqa söykənən qayıdış hüququnu inkar etməsinə və İcmanın məramları haqqında spekulyasiya etməsinə yer qoymur.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına şərait yaratmış və hazırda onları reinteqrasiya etməyə çalışan Azərbaycan tərəfindən nümunə götürməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb - VİDEO

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Vahid büdcə təsnifatında dəyişiklik edilib — Baş nazirin Qərarı

Vahid büdcə təsnifatında dəyişiklik edilib — Baş nazirin Qərarı

End of content

No more pages to load

RADİO