Şuşa Qalasının bərpasında ilk mərhələ bitdi - Məşhur yazı yenidən bərkidildi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın xüsusi tarixi, mədəni və strateji əhəmiyyətə malik olan şəhəri – Şuşanın bərpası və yenidənqurulması, şəhərə yenidən həyatın qaytarılması və onun gələcək inkişafının təmin edilməsi məqsədilə zəruri planlaşdırma və layihələndirmə işlərinə başlayıb.

Bizim.Media-ya Komitədən verilən məlumata görə, ölkə prezidentinin mədəniyyət paytaxtı elan etdiyi Şuşanın hazırlanacaq baş planının əsas prioritetlərindən biri şəhərin olduqca zəngin tarixi-memarlıq irsinin, əsrlərlə formalaşmış tarixi simasının qorunub saxlanmasıdır.

Bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ilin əvvəlindən aidiyyəti qurumlarla, yerli və xarici ekspertlərlə əməkdaşlıq edərək təşkil etdiyi önəmli layihələrdən biri Şuşanın Qala divarlarının bərpası və konservasiyası layihəsidir.

 

MÖVZU İLƏ BAĞLI:

Şuşa qalasında böyük ölçülü bayrağımız asıldı - FOTO


Bu layihənin birinci mərhələsi – Şuşanın XVIII əsr ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan Gəncə qapısının konservasiyası və Qala divarlarının işğal nəticəsində dağılmış və əhəmiyyətli dərəcədə zədələnmiş, Gəncə qapısının ətrafındakı hissəsinin bərpası və konservasiyası uğurla başa çatdırılıb.

Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası layihəsinə Komitə tərəfindən məsləhətçi qismində Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan və 2010-cu ildən etibarən Azərbaycanda Qız Qalası, Məhəmməd Məscidi və bir sıra digər dünya və ölkə əhəmiyyətli abidələrin bərpa və konservasiyasını həyata keçirmiş "Atelier Erich Pummer GmbH" ​şirkətinin rəhbəri Erix Pumer cəlb edilib.

Bərpa və konservasiya layihəsi bu sahədə ixtisaslaşmış yerli “Conco” (Konko) QSC tərəfindən həyata keçirilir.

Görülən işlər abidənin arxiv materiallarına uyğun olaraq orijinal görünüşünün bərpa olunması üçün müvafiq texnologiyalar və materiallardan istifadə olunaraq aparılıb.

Həmçinin, layihənin növbəti mərhələsinə hazırlıq işləri çərçivəsində müasir texnologiyalardan istifadə edilərək Şuşa Qala divarlarının üçölçülü (3D) modelinin yaradılması üçün lazer skaner cihazı ilə çəkilişlər və müayinə aparılıb ki, hazırlanan model layihələndirmə və bərpa prosesinin daha səmərəli və yüksək dəqiqliklə aparılmasına imkan verir.

Bərpa işlərinin başa çatmış birinci mərhələsində Qala divarlarının və yüksək memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə qapısının daşları son illər ərzində tətbiq edilmiş yad sement-qum tərkibli suvaq qatından təmizlənib, beynəlxalq konservasiya standartlarına uyğun olaraq daşların tikişlər əhəng-qum məhlulu ilə doldurulub.

Qapının xarici tağının yuxarı səmti, həmçinin, Qala divarlarının dörd zədələnmiş hissəsi, kontrforsun dağıdılmış tərəfi, Qala divarlarının fasad hissəsində müdafiə məqsədilə tüfəng atəşi üçün nəzərdə tutulmuş 9 mazğal bərpa edilib.

 

Eyni zamanda, Qala divarlarının gözətçi qülləsinin altındakı zirzəminin divarları və köməkçi otağı da sement-qum suvağından təmizlənərək əhəng-qum məhlulu ilə doldurulub, iki gözətçi qülləsi arasındakı divarın bütün perimetri üzrə yuxarı ətəyinə eyni səviyyə verilib, divar üzərində yad yazılar təmizlənib.


Tarixi abidənin xarici və daxili həyətlərində mövcud olan yad metal elementlər də demontaj ediib, əsgər yolunun bir hissəsi təmizlənərək bərpa olunub.

Bununla yanaşı, Şuşa şəhərinin Qala divarları üzərində vaxtilə mövcud olmuş, lakin Ermənistan Silahlı Qüvvələrinin işğalı dövründə sökülmüş məşhur “Şuşa” yazısı da yenidən bərpa edilib.

Bu məqsədlə Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri yüngül metal konstruksiya əsaslı, Qala divarlarına hər hansı təhlükə və xələl gətirməmək şərtilə layihələndirilmiş və alüminiumdan istehsal olunmuş "Şuşa" yazısını tarixi yerində quraşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

“Real” dalaşan futbolçuları 500 min avro CƏRİMƏLƏDİ

“Real” dalaşan futbolçuları 500 min avro CƏRİMƏLƏDİ

67 yaşlı Brilliant Dadaşova efirə elə geyimdə çıxdı ki... – VİDEO

67 yaşlı Brilliant Dadaşova efirə elə geyimdə çıxdı ki... – VİDEO

Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı

Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı

Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi

"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Sabah bu ərazilərdə işıq kəsiləcək

Sabah bu ərazilərdə işıq kəsiləcək

Vado Korovinin qızı işdən çıxarıldı

Vado Korovinin qızı işdən çıxarıldı

End of content

No more pages to load

RADİO