Dövlət Komitəsi uşaq intiharlarının səbəblərini izah edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda uşaq və gənclər arasında intiharların səbəbləri ilə bağlı izahatla çıxış edib.

Uşaqlar arasında intihar hallarının səbəbləri müxtəlifdir:

“İntihar hadisələrində məişət zorakılığı zəminində yaranan psixoloji problemlər, uşağın əhatə olunduğu mühitin təsiri böyükdür. Dünyada araşdırmalar göstərir ki, intiharlar daha çox 16-18 yaş arası gənclər arasında baş verir ki, bunun da ən çox faizini oğlanlar təşkil edir.

Müasir dövrdə intihar hadisələrinin sayı dünyada artan dinamika ilə inkişaf edir. Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən ölkəyə fərqlənir. Dünyanın bir çox ölkələrində aparılmış araşdırmalara əsasən, intiharların əsas səbəbləri məişət və ailə zorakılığı, dini sektaların təsiri, internetin mənfi tərəfləri, sosial vəziyyət, xəyanət, ünsiyyət imkanlarının olmaması və digər səbəblərdir.

Azərbaycanda da intihar hallarının qarşısının alınması, bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Komitə tərəfindən intihar halları ilə bağlı məlumatlar araşdırılır. Komitənin tabeçiliyində 11 uşaq və ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış şəxslərə və onların ailələrinə, zorakılığa məruz qalmış şəxslərə yardım edilir”x9d.

Qeyd olunub ki, valideynlər arasında maarifləndirmə işlərinin aparılması, sosial çarxların hazırlanaraq telekanallarda yayımlanması əhəmiyyətlidir:

“Bu istiqamətdə də komitə müvafiq işlər görür. Valideynlərə uşaqlarla davranış qaydalarını öyrətmək lazımdır. Məsələn, uşaqlarda bəzən özünəqapanma halları olur. Valideyn bu halda dərhal övladı ilə maraqlanmalı, problemlərini dinləməli, məktəbdə müəllimləri, məktəb psixoloqu ilə danışmalı, ona hərtərəfli kömək etməlidir. Bu sahədə kompleks yanaşma vacibdir. Etinasız yanaşmaq sonda bədbəxt hadisə ilə nəticələnə bilər.

Bu gün internetin mövcud olduğu bir dövrdə bütün məlumatlar hər kəs üçün əlçatan olub və yaş məhdudiyyəti olmadan hər bir şəxsin oraya giriş imkanları mövcuddur. Bütün bunları nəzərə alaraq düşünürük ki, televiziyalarda nümayiş olunan filmlərin hansı yaş kateqoriyası üçün uyğun olduğunu bildirən işarələrin əvvəlcədən verilməsi əhəmiyyətli olduğu kimi, valideynlərin də bu işə xüsusi diqqət ayırması, övladına nəzarət etməsi vacibdir. Bəzən uşaq baxdığı bir filmin və ya verilişin təsiri altına düşə bilər ki, bu da sonda pis halla nəticələnə bilər”x9d.

Qeyd edək ki, 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 28 uşaq intihar edib.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

DÇ-də şübhəli oyun – Video

DÇ-də şübhəli oyun – Video

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

İyunun son gününə olan HAVA PROQNOZU

İyunun son gününə olan HAVA PROQNOZU

Pirşağı çimərliyində FACİƏ:qadın dənizdə batdı

Pirşağı çimərliyində FACİƏ:qadın dənizdə batdı

Əkin sahələri artsa da, məhsuldarlıq azalıb... – Xaçmazın taxıl zəmilərindən VİDEOREPORTAJ

Əkin sahələri artsa da, məhsuldarlıq azalıb... – Xaçmazın taxıl zəmilərindən VİDEOREPORTAJ

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

Pərviz Şahbazova AĞIR İTKİ

Pərviz Şahbazova AĞIR İTKİ

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq – Saxlanılan var

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq – Saxlanılan var

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

Sükan arxasında telefondan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Sükan arxasında telefondan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Qivami Qazıyev VƏFAT ETDİ

Qivami Qazıyev VƏFAT ETDİ

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

End of content

No more pages to load

RADİO