“İndi bizi çöldən bağlayıblar, sonra biz içəridən bağlayacağıq” - Teatrı bilməyən məmurlar onu məhv edir 

Ölkəmizdə fəaliyyət göstərən teatrlar pandemiyaya görə tamaşa vermədikləri üçün çox çətin və gərgin günlər yaşayırlar. Artıq düz bir ildir ki, teatrların qapısı sənətsevərlərin üzünə bağlı qalıb.

Azərbaycandan fərqli olaraq, pandemiya dövründə teatrı qapalı saxlamayan ölkələr də az deyil. Qonşu Rusiyada, ölkənin ən vacib teatrı olan Moskva Böyük Teatrı mövsümü bazar günü Verdinin Don Karlos operası ilə açdı.

 

MÖVZU İLƏ BAĞLI:

Aktrisadan teatrların bağlanmasına ETİRAZ - Səhnədə soyundu - FOTO


Bir qədər götür-qoy edəndən sonra, İtaliyada müəyyən qaydalarla teatrlar işə başladı. İraq, Çin, Albaniya, Bəhreyn, Misir, Kipr, Şimali Makedoniya, Norveç kimi ölkələrdə teatr və kino mərkəzləri fəaliyyət göstərir.

Ölkəmizdə isə bəzi sahələrdə yumşalmalar olsa da belə qərarlar teatrlarımızdan yan keçib. Mövcud vəziyyətlə bağlı teatr ictimaiyyəti çox narahatdır.

Bakı Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan söyləyir ki, teatra daha çox qadağa Azərbaycanda qoyulub:
 

“Koronavirusdan gündəlik ölənlərin sayı mini keçən ölkələrdə heç belə qadağa  yoxdur. Pandemiya bitəndən sonra teatrların qapısı içəridən bağlı olacaq. Çünki 2-3 saatlıq tamaşanın hazırlanması üçün ən azı 3-4 ay zaman lazım olur.


Vaxt lazımdır ki, bir kəlmə sözün üstündə saatlarla işləyəsən, o kəlmə tamaşaçıya eyni məna ilə çatsın. Mənim oynadığım sevgini həkimə, müəllimə kəndliyə, uşağa eyni məna ilə başa salmalıyam. Bunun üçün aktyora zaman lazımdır”.

Bədii rəhbər deyir ki, pandemiya dövründə teatrların qapısı içəridən bağlı olmalıydı:
 

“Elə iş bölgüsü aparılmalıydı ki, az - az qruplarla maskada da olsa aktyorlar teatrlara gəlsinlər. Belə olardısa, aktyor formadan düşməyəcəkdi. Ölkədə teatrı tanıyan, bilən məmur çox azdır.


TƏBİB, Səhiyyə Nazirliyi və qərar verən qurumlar  teatra uyğun qaydalar tətbiq etməli idi. Deməli idilər ki, oturun içəridə, işlərinizi görün. Sabah qapı açılanda tamaşaçı hazır məhsula baxmağa gəlməlidir. Teatrın ölmə təhlükəsi varsa, bu, teatrı tanımayan məmurların günahıdır. Pandemiya qaydalarına riayət edərək teatrı öz nəbzində saxlamaq lazım idi”.

Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə isə söyləyir ki, çıxış yolu olaraq işlərimizi online qurmağa məcbur olduq:

“Biz repertuarı da yeniləmişik. Kiçik tamaşalar da hazırlamışıq. Kollektivimiz teatr üçün çox darıxıb. Desələr ki, teatr bu gün açılacaq, biz qısa zamanda öz işimizin başında olacağıq. Bu bir il ərzində boş dayanmamışıq. Təbii ki, teatr əvvəlki kimi fəaliyyət göstərmir. Lakin biz öz işlərimizi davam etdirmişik. Teatrda cari təmir işləri aparmışıq.
 

Əgər pandemiya bitməsə, zala 25-30 faiz  tamaşaçı  qəbul etməklə fəaliyyətimizi davam edə bilərik. Müvəqqəti olaraq belə qaydanı da  tətbiq etmək olar. Pandemiya dövründə teatrın xərclərini isə öz büdcəmizdən həll etmişik”.


Yuğ Dövlət Teatrının direktoru İslam Həsənov teatr canlı sənət növü olduğu üçün online tamaşa və məşqlərin özünü doğrultmadığını söyləyir: 
 

“Teatr tamaşaçı ilə nəfəs-nəfəsə olmalıdır. Aktyor bir ildir ki, səhnəyə çıxmır.  Bu da onların psixoloji durumuna pis təsir edir.


Çox istərdik ki, tamaşaçıların məsafəli əyləşməsi ilə tamaşalarımız bərpa olunsun. Teatr ictimaiyyəti çətin durumlar yaşayır. Bizim teatrın baş rejissoru Mehriban Ələkbərzadənin imzası ilə  ara məsafəsi və ya iki-üç nəfərlik tamaşaların olması ilə bağlı təkliflər vermişik”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kevin Hamilton Azərbaycana səfər edəcək

Kevin Hamilton Azərbaycana səfər edəcək

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”

“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”

Nazilə Salmanova instituta direktor təyin edildi

Nazilə Salmanova instituta direktor təyin edildi

Monqolustan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb - FOTO

Monqolustan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb - FOTO

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq

AFFA lisenziya verdiyi klubların siyahısını AÇIQLADI

AFFA lisenziya verdiyi klubların siyahısını AÇIQLADI

Ermənistan XİN başçısı Mirzoyanın Okampo ilə gizli əlaqələri üzə çıxıb - VİDEO

Ermənistan XİN başçısı Mirzoyanın Okampo ilə gizli əlaqələri üzə çıxıb - VİDEO

Əraqçi türkiyəli həmkarı ilə danışdı

Əraqçi türkiyəli həmkarı ilə danışdı

Dubay hava limanına raket və dronlarla HÜCUM EDİLDİ - VİDEO

Dubay hava limanına raket və dronlarla HÜCUM EDİLDİ - VİDEO

Zelenskidən 9 Mayla bağlı bəyanat: “Güzgü prinsipi” ilə hərəkət edəcəyik - VİDEO

Zelenskidən 9 Mayla bağlı bəyanat: “Güzgü prinsipi” ilə hərəkət edəcəyik - VİDEO

Son bir həftədə təbiətə 150 minə yaxın ziyan vuruldu

Son bir həftədə təbiətə 150 minə yaxın ziyan vuruldu

Zakir Həsənov radioelektron mübarizə bölmələrinin birgə təlimini İZLƏDİ - FOTO/VİDEO

Zakir Həsənov radioelektron mübarizə bölmələrinin birgə təlimini İZLƏDİ - FOTO/VİDEO

Hökumənin qardaşı onlara DOST oldu - VİDEO

Hökumənin qardaşı onlara DOST oldu - VİDEO

Azərbaycan XİN elan etdiyi müsabiqənin müddətini UZATDI

Azərbaycan XİN elan etdiyi müsabiqənin müddətini UZATDI

İTV-nin rəhbəri olmaq üçün 11 nəfər müraciət edib - SİYAHI

İTV-nin rəhbəri olmaq üçün 11 nəfər müraciət edib - SİYAHI

Polis kursantlarından Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob - FOTO/VİDEO

Polis kursantlarından Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob - FOTO/VİDEO

Torpaq icarəsində YENİ MEXANİZM: Sahə böyüdükcə qiymət düşəcək

Torpaq icarəsində YENİ MEXANİZM: Sahə böyüdükcə qiymət düşəcək

Rasim Balayevin yerinə iki namizəd İRƏLİ SÜRÜLDÜ

Rasim Balayevin yerinə iki namizəd İRƏLİ SÜRÜLDÜ

Azərbaycandan Ermənistana dizel yanacağı İXRAC olunacaq

Azərbaycandan Ermənistana dizel yanacağı İXRAC olunacaq

İsmayıllıda tövlədə yanğın: dərhal söndürüb evə keçməsinin qarşısını aldılar - VİDEO

İsmayıllıda tövlədə yanğın: dərhal söndürüb evə keçməsinin qarşısını aldılar - VİDEO

Ağababa İsgəndərovun 100 yaşı tamam oldu – FOTO

Ağababa İsgəndərovun 100 yaşı tamam oldu – FOTO

Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq – VİDEO

Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq – VİDEO

End of content

No more pages to load

RADİO