Özbaşına “Göyçə Zəngəzur Respublikası” yaradıldığını elan edənlər istintaqa cəlb OLUNDULAR - VİDEO

“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov, həmçinin “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyeva barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırmalar aparılıb.

Müvafiq axtarışların həyata keçirilməsi, sorğulanmaları ilə əlaqədar hər iki şəxs istintaq orqanına cəlb olunub. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hazırda R.Talıbov və T.Çələbiyeva ilə əlaqə saxlanılması mümkün deyil. 

Xatırladaq ki, 2022-ci ildə “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi. (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil). 

Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi. 

2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi tərəfindən Rizvan Talıbovun “Göyçə Zəngəzur Respublikası”na rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayılmışdı. 

Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi. 

Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi. 
Daha sonra Rizvan Talıbovun rəhbər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun “respublika” prezidentliyindən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın prezident elan edilməsi ictimaiyyətdə əlavə çaşqınlıq və suallar yaratmışdı. 

Qeyd edək ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

End of content

No more pages to load

RADİO