Şəhid övladları Türkiyəyə səfər ediblər - FOTO

"YAŞAT" Fondunun təşəbbüsü ilə şəhidlərimizin övladları Türkiyə Respublikasına səfər ediblər.

Bizim.Media xəbər verir ki, səfərin məqsədi Ankara şəhərində 17-18 mart tarixində təşkil olunacaq "Övladlarımız Tək Ürək" 18 Mart şəhidlərini Anma və Çanakkale Dəniz Zəfərinın 106-cı ildönümünə həsr olunmuş Proqramında iştirakdır.

Proqram Türkiyənin Vətən Ulduzları Fondunun təşkilatçılığı ilə reallaşdırılacaq. Proqramın məqsədi Çanakkale zəfərinin qürurunu yaşadan, Vətənin birliyi, müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş əziz şəhidləri anmaqdır.

Tədbirə Türkiyə, Azərbaycan, Türkmənistan, Şimali Kiprdən olan şəhidlərin övladları dəvətlidirlər.

Tarixdə ilk dəfədir təşkil olunan bu cür Proqramda türk dövlətlərindən olan şəhidlərin övladları "tək ürək" adı altında bir araya gələcəklər. Bu isə öz növbəsində onların bir-birləri ilə kommunikasiya imkanlarını artırmağa, onlara mənəvi dəstəyi təmin etməyə imkan verəcək.

Proqram çərçivəsində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbrə ziyarətin, müxtəlif tarixi və etnoqrafik məkanlara, muzeylərə ekskursiyaların, o cümlədən sərgilərin və musiqili tədbirlərin təşkili nəzərdə tutulur.

Xatırladaq ki, 10-13 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.

Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla “YAŞAT” Fondu arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.

Məhz şəhidlərimizin övladlarının müvafiq Proqramda iştirakı əməkdaşlıqla bağlı əldə olunmuş razılıq tədbirləri çərçivəsində baş tutacaq. Tədbirə Vətən müharibəsi şəhidlərimizin 17-22 yaş aralığında olan övladları qatılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın mətbuat katibi ikinci dəfə ana oldu – FOTO

Trampın mətbuat katibi ikinci dəfə ana oldu – FOTO

Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

SON DƏQİQƏ! İran yenidən BƏƏ-yə raket zərbələri endirdi

SON DƏQİQƏ! İran yenidən BƏƏ-yə raket zərbələri endirdi

Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI

Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

Bakıda 89 yaşlı qadının meyiti hamamda tapıldı

Bakıda 89 yaşlı qadının meyiti hamamda tapıldı

Azərbaycanda ali təhsillilər üçün əsgərlik müddəti AZALDILIR?

Azərbaycanda ali təhsillilər üçün əsgərlik müddəti AZALDILIR?

Oğlunu 16 yaşlı qızla evləndirən ata həbs olundu

Oğlunu 16 yaşlı qızla evləndirən ata həbs olundu

Sinan Akçıl aktrisa ilə yayılan iddialara cavab verdi – VİDEO

Sinan Akçıl aktrisa ilə yayılan iddialara cavab verdi – VİDEO

“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

Dünyanın ən bahalı meyvəsi – FOTO

Dünyanın ən bahalı meyvəsi – FOTO

Xınalığa qar yağır – VİDEO

Xınalığa qar yağır – VİDEO

Məşhur türkiyəli bloger hantavirusa görə KARANTİNDƏDİR - FOTO

Məşhur türkiyəli bloger hantavirusa görə KARANTİNDƏDİR - FOTO

Estetik əməliyyatdan razı qalmayanlar – Pulunuzu geri tələb edə BİLƏRSİNİZ

Estetik əməliyyatdan razı qalmayanlar – Pulunuzu geri tələb edə BİLƏRSİNİZ

Monika Belluççi ev axtarır - FOTO

Monika Belluççi ev axtarır - FOTO

Xəstə həkiminə böyrəyini VERDİ – VİDEO

Xəstə həkiminə böyrəyini VERDİ – VİDEO

İran neft tankerini belə ələ keçirdi – VİDEO

İran neft tankerini belə ələ keçirdi – VİDEO

Almaniyada banka silahlı HÜCUM – Əməkdaşlar girov götürüldü – FOTO

Almaniyada banka silahlı HÜCUM – Əməkdaşlar girov götürüldü – FOTO

Mikkelsdən sonra növbə Noqeyradadır

Mikkelsdən sonra növbə Noqeyradadır

Ukrayna ordusunun komandanı: “Rusiya nə qədər hərbçi səfərbər edirsə, biz daha çoxunu öldürürük”

Ukrayna ordusunun komandanı: “Rusiya nə qədər hərbçi səfərbər edirsə, biz daha çoxunu öldürürük”

Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları qızlara xərclədim"

Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları qızlara xərclədim"

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

HammAli və Nəvainin klipində çəkilən modelin öldüyü qəza ilə bağlı detallar – FOTO/VİDEO

HammAli və Nəvainin klipində çəkilən modelin öldüyü qəza ilə bağlı detallar – FOTO/VİDEO

Səhər acqarına su içməyin bilinməyən FAYDALARI

Səhər acqarına su içməyin bilinməyən FAYDALARI

End of content

No more pages to load

RADİO