Azərbaycan ''Avroviziya-2021'' müsabiqəsinə bu kliplə çıxacaq - VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkəti Avroviziya-2021 Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Efendinin mahnısını və klipini təqdim edib. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.

Bizim.Media-ya qurumdan verilən məlumata görə, təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (o, 2020-ci ildə “Cleopatra” mahnısının prodüseri idi).

Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib:

"“Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanmışdır. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq".

Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilmişdir.

Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var - “Yalan da mən, yanan da mən, yaman da mən”.

''Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy tarixin güclü qadınları haqqında hekayələr o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın", - deyə Efendi bildirib.

Mahnının klipi daha əvvəllər Zivert, Loboda, Maks Barskix və s. kimi məşhurlarla iş birliyi olan, quruluşçu rejissor və operator İlya Mixaylus tərəfindən Kiyevdə çəkilib. 

Qeyd edək ki, Efendi  Azərbaycanın  “Avroviziya-2020” mahnı müsabiqəsində də təmsilçisi olmuşdur, lakin Avropa Yayım Birliyi (AYB) COVİD-19 pandemiyası ilə əlaqədar müsabiqənin tarixində ilk dəfə olaraq onu ləğv etmişdir.

Şüarı “Open up!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə May ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət torpaq sahələrinin icarə haqqının hesablanması üçün əmsallar müəyyənləşdi - QƏRAR

Dövlət torpaq sahələrinin icarə haqqının hesablanması üçün əmsallar müəyyənləşdi - QƏRAR

“Sərdar Kılıçın davranışı və açıqlamaları məyusedici idi” - Fərhad Məmmədov

“Sərdar Kılıçın davranışı və açıqlamaları məyusedici idi” - Fərhad Məmmədov

Ağsu aşırımında baş verən sürüşmənin SƏBƏBİ AÇIQLANDI

Ağsu aşırımında baş verən sürüşmənin SƏBƏBİ AÇIQLANDI

Qonşuda təhlükə: karantin elan olundu

Qonşuda təhlükə: karantin elan olundu

Sabahın HAVASI: Yağış, 27 dərəcə isti... – PROQNOZ

Sabahın HAVASI: Yağış, 27 dərəcə isti... – PROQNOZ

Mikayıl İsmayılovun oğlu ilə məhkəməlik olan Fidan saxlanıldı – FOTO

Mikayıl İsmayılovun oğlu ilə məhkəməlik olan Fidan saxlanıldı – FOTO

22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO

22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO

ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır

ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır

Xüsusi icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ

Xüsusi icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ

Dünyada narahatlığa səbəb olan hantavirusa ölkəmizdə yoluxan var? – RƏSMİ AÇIQLAMA

Dünyada narahatlığa səbəb olan hantavirusa ölkəmizdə yoluxan var? – RƏSMİ AÇIQLAMA

Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT

Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT

“Qarabağ”ın legioneri Kipr klubunun HƏDƏFİNDƏ

“Qarabağ”ın legioneri Kipr klubunun HƏDƏFİNDƏ

Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı

Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı

Ali Məhkəmədən etibarsız nikahla bağlı MÜHÜM QƏRAR

Ali Məhkəmədən etibarsız nikahla bağlı MÜHÜM QƏRAR

Prezidentdən Roma Papasına MƏKTUB

Prezidentdən Roma Papasına MƏKTUB

WUF13 tədbirinin media tərəfdaşları elan EDİLDİ

WUF13 tədbirinin media tərəfdaşları elan EDİLDİ

Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik aşkarlandı – FOTO

Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik aşkarlandı – FOTO

Sürücü partlayış olan maşından belə sağ çıxdı – ANBAAN VİDEO

Sürücü partlayış olan maşından belə sağ çıxdı – ANBAAN VİDEO

Ukrayna Qroznıda hərbi hissələri vurdu – VİDEO

Ukrayna Qroznıda hərbi hissələri vurdu – VİDEO

Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı – FOTO

Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı – FOTO

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Dünyanın ən çox söyülən HEYVANI – Onlardan saat kimi necə istifadə edirdilər?

Dünyanın ən çox söyülən HEYVANI – Onlardan saat kimi necə istifadə edirdilər?

Elza tanınmış bloqeri də məhkəməyə verdi

Elza tanınmış bloqeri də məhkəməyə verdi

Çalışdığı mağazadan 23 minlik oğurluq etdi – FOTO/VİDEO

Çalışdığı mağazadan 23 minlik oğurluq etdi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO