Universitet rektoru metrodan istifadə edir - Bakıda

Ölkədə bütün vəzifəlilər bahalı maşınlarda gəzirlər. Hətta məktəb direktorlarının da bahalı maşınları var. Olsun. Onsuz da indi heç kimdən gəlir deklarasiyası tələb olunmur. Vəzifəlilər ictimai nəqliyyatdan birmənalı imtina ediblər. Buna görə də ictimai nəqliyyatlar bərbad gündədir. Məsələn, bizim metro qatarlarına daxil olanda elə bil ki, hamama girirsən. Təri silmək üçün bir dəsmal bəs eləmir. Çöldəki havanın temperaturu qədər isti olur qatarların salonu. Paytaxt sərnişinlərinin istifadəsindəki qatarlar isə ötən əsrin yadıgarıdır. Səs - küydən nə kitab oxumaq olur, nə də söhbət etmək. İndi bir an təsəvvür edin, kimsə spikeri, baş naziri, Ziya Məmmədovu, yaxud hansısa rektoru metroda və yaxud avtobusda görür. Adam şoka düşə bilər. Mən tələbəlikdən ictimai nəqliyyatdan istifadə edirəm. Deputatları da o məkanlarda görməmişəm. Üzr istəyirəm, bir dəfə mərhum dostum Aydın Məmmədovu metroda görmüşdüm. Rəhmətlik həmin vaxtlar deputat idi.

Ancaq dünən məni dəhşətli dərəcədə təəccübləndirən bir hadisənin şahidi oldum. Həmin isti qatarda bir universitet rektorunu gördüm. Yəqin ki, həmin ali məktəbin tələbələri də onu metroda tez-tez görürlər. Düzü, tələbələrin keçirdiyi hissləri təsvir edə bilmərəm. Ancaq bu onlar üçün yenilikdir və onlar digər ali məktəblərin tələbələrinə də deyəcəklər ki, bizim rektor metro ilə işə gedib - gəlir. Bir də metro onların gözündə yaxşı nəqliyyat vasitəsi kimi canlanacaq. Bu rektor yeni təyin olunanlardır. Yeri gəlmişkən, Moskva Dövlət Universitetinin sabiq rektoru akademik Anatoli Loqunov velosipedlə işə gəlirmiş. Ola bilsin ki, bu həmin mədəniyyət üçün adi haldır. Ancaq bizdə bu qətiyyən ola bilməz.

Dünənki hadisə ilə bağlı qorxulu bircə şey var. Metrodan istifadə edən rektorun həmkarları onu qınaya bilərlər. Ancaq tələbənin rəyi rektor həmkarların rəyindən qat-qat üstündür. Sadəlik böyük insanlara və əsl alimlərə xas olan keyfiyyətdir.

Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xərçəngə qarşı peyvəndin klinik sınaqlarına BAŞLANILDI

Xərçəngə qarşı peyvəndin klinik sınaqlarına BAŞLANILDI

Rəsmi Bakı: “Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik”

Rəsmi Bakı: “Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik”

Qalibaf: “Dostumuzu və düşmənimizi tanıdıq, Azərbaycan İranın yanında olub”

Qalibaf: “Dostumuzu və düşmənimizi tanıdıq, Azərbaycan İranın yanında olub”

Kütləvi məzarlıqda 77 başsız skelet tapıldı

Kütləvi məzarlıqda 77 başsız skelet tapıldı

Rusiyalı aktyor Moskvanın bombalanması HAQDA: “Geri çəkilməyə yerimiz yoxdur” - VİDEO

Rusiyalı aktyor Moskvanın bombalanması HAQDA: “Geri çəkilməyə yerimiz yoxdur” - VİDEO

Prezident: “Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”

Prezident: “Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”

Məhəmməd Baqir Qalibaf İlham Əliyevin QƏBULUNDA - FOTO

Məhəmməd Baqir Qalibaf İlham Əliyevin QƏBULUNDA - FOTO

Arılar və mobil telefonlar 50 ölkənin sonunu gətirəcək – SENSASİON AÇIQLAMA

Arılar və mobil telefonlar 50 ölkənin sonunu gətirəcək – SENSASİON AÇIQLAMA

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir – FOTO

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir – FOTO

Sertifikasiyadan keçməyən müəllimlərin DİQQƏTİNƏ – Avqust ayında...

Sertifikasiyadan keçməyən müəllimlərin DİQQƏTİNƏ – Avqust ayında...

Ukrayna Rusiyanın ikinci kosmik rabitə mərkəzinə zərbə endirdi

Ukrayna Rusiyanın ikinci kosmik rabitə mərkəzinə zərbə endirdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Qırğızıstana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Qırğızıstana təhvil verdi

Nahid Həsənov: “Aşkar olunan nöqsanlar təhlil edilir”

Nahid Həsənov: “Aşkar olunan nöqsanlar təhlil edilir”

Rusiyada yanacaq böhranı DƏRİNLƏŞİR - Təyyarə biletlərində KƏSKİN BAHALAŞMA

Rusiyada yanacaq böhranı DƏRİNLƏŞİR - Təyyarə biletlərində KƏSKİN BAHALAŞMA

Bankların kart əməliyyatlarında yaranan problemlə bağlı “Azericard”dan AÇIQLAMA

Bankların kart əməliyyatlarında yaranan problemlə bağlı “Azericard”dan AÇIQLAMA

Qiymətləndirmə sahəsi üçün yeni akademiya fəaliyyətə başlayacaq

Qiymətləndirmə sahəsi üçün yeni akademiya fəaliyyətə başlayacaq

Ukrayna İranda saxlanılan 4 dənizçisini geri qaytardı

Ukrayna İranda saxlanılan 4 dənizçisini geri qaytardı

DİQQƏT! Lənkəranın bəzi ərazilərində qaz olmayacaq

DİQQƏT! Lənkəranın bəzi ərazilərində qaz olmayacaq

İranla sərhəddə ƏMƏLİYYAT: PUA zərərsizləşdirildi – FOTO

İranla sərhəddə ƏMƏLİYYAT: PUA zərərsizləşdirildi – FOTO

Banklardakı problemlə bağlı AÇIQLAMA

Banklardakı problemlə bağlı AÇIQLAMA

“Yelo Bank” tətbiqi çökdü – FOTOFAKT

“Yelo Bank” tətbiqi çökdü – FOTOFAKT

Marsı yaşayış üçün yararlı etmək mümkündürmü? - Alimlər cavab axtarırlar

Marsı yaşayış üçün yararlı etmək mümkündürmü? - Alimlər cavab axtarırlar

Ceyhun Bayramov Polşaya GETDİ

Ceyhun Bayramov Polşaya GETDİ

Yenidənqurma işləri aparılan Yevlax–Bərdə dəmir yolunda son vəziyyət – VİDEO

Yenidənqurma işləri aparılan Yevlax–Bərdə dəmir yolunda son vəziyyət – VİDEO

End of content

No more pages to load

RADİO