Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi İsmayılova Şəbnəm Qabil qızı yol qəzasında həlak olub.
Bizim.Media xəbər verir ki, o, bu gün Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində avtomobil qəzasında faciəli şəkildə həyatını itirib.
Qeyd edək ki, Şəbnəm İsmayılova ikinci kurs tələbəsi olub.
Bizim.Media