Qaziantep Universitetinin (Türkiyə) professoru, fəlsəfə üsrə elmlər doktoru Babək Qurbanovun “Firuz Mustafanın yaradıcılığına baxış (Dörd cəhət)”x9d adlı kitabı işıq üzü görüb.
“MBM”x9d nəşriyyatının çap etdiyi yeni kitabda müəllifin tanınmış filosof, nasir, dramaturq Firuz Mustafanın elmi və ədəbi fəaliyyəti haqqında müxtəlif illərdə yazdığı, Türkiyə və Azərbaycan mətbuatında yayınlanan məqalələri toplanıb.
Məlum olduğu kimi, Firuz Mustafanın ədəbi və elmi əsərləri bir sıra dillərə tərcümə olunub, teatrlarda otuzdan çox pyesinə quruluş verilib.
Yeri gəlmişkən qeyd edək ki, Babək Qurbanov böyük sənətkarımız, Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin övladıdır. O, uzun illərdir ki, elmi və pedaqoji fəaliyyətini Türkiyə Respublikasında davam etdirir.
Yeni kitabın rəyçisi professor Bədirxan Əhmədov, redaktoru isə ədəbiyyatçı Fazil Mustafayevdir.
