Azərbaycanda qeyri-adi hava olacaq - Quru, isti və tozlu külək...

İyulun 20-25-dən sonra Azərbaycana tropik quru isti hava kütləsinin gələcəyi - quru, isti, tozlu küləklərin əsəcəyi gözlənilir.

Moderator.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, iyulun 20-25-dən avqustun 15-dək olan dövr ərzində Azərbaycanda havanın quraq, yağıntısız keçəcəyi gözlənilir.

M.Həsənov qeyd edib ki, iyulun 20-25-dən sonra atmosfer təzyiqinin fərqindən asılı olaraq, Azərbaycana ya Orta Asiyadan quru isti, ya da Şimali Afrikadan və Ərəbistan yarımadasından tropik quru isti hava kütləsi gələcək:

“Bu hava kütlələrinin fərqləndirici cəhəti yalnız küləyin istiqamətində olur. Şimali Afrikadan və Ərəbistandan əsəndə külək cənub küləyi, Orta Asiyadan əsəndə isə şərq küləyi adlanır. Cənubdan gələn tropik hava kütləsi daha isti, quru və tozlu olur. Azərbaycana isə daha çox cənubdan hava kütlələrinin gələcəyi gözlənilir. Buna görə də Azərbaycanda cənub küləklərinin (gilavar) təkrarlanması ehtimalı daha çoxdur”x9d.

M.Həsənov deyib ki, Azərbaycanda yay ayları ərzində cənub küləkləri həmişə müşahidə edilir. Yay fəslinin əksər vaxtlarında cənub küləkləri əsir. Lakin bu il cənub küləklərinin iyulun 20-25-dən avqustun 15-dək olan dövr ərzində daha intensiv əsəcəyi gözlənilir:

“Bu il hələ iyun ayı başa çatmasa da, artıq 37-38 dərəcə isti müşahidə edilir. Hadisələrin gedişatı göstərir ki, eyni zamanda ehtimallar da belədir ki, iyul ayının təqribən 20-dən sonra Azərbaycanda hava daha isti olacaq. Həmin hava kütlələrinin də məhz bu dövrdə Azərbaycana gəlməsi ehtimalı daha çox olacaq. Belə hava kütlələri həmişə müşahidə edilib. Ancaq bu il onların daha intensiv olacağı, həmin küləklərin təkrarlanması ehtimalının da daha çox olacağı gözlənilir”x9d.

M.Həsənov əlavə edib ki, builki quraqlıq dövrü təqribən keçənilki kimi olacaq. Müəyyən günlərdə 40 dərəcə istinin müşahidə ediləcəyi gözlənilir. Lakin builki quraqlığın fərqli cəhəti o olacaq ki, isti quru küləklər torpağın da rütubətini xeyli azaldacaq.

Alim qeyd edib ki, belə hava şəraitinin isti küləklərlə müşahidə olunması kənd təsərrüfatına, xüsusilə birillik bitkilərə daha çox mənfi təsir edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

End of content

No more pages to load

RADİO