Şeyx Əbdüldən Mədət Quliyevə və Əli Həsənova ilginc müraciət...

Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan söküntü işləri nəticəsində evinə vurulmuş ziyandan əziyyət çəkir.xa0

Kinorejissor bununla bağlı dəfələrlə mətbuatda BŞİH-nin, şəhər meri xa0Hacıbala Abutalıbovun ünvanına sərt çıxışlar edib, əlində olan məhkəmə qərarlarının icra edilməsini tələb edib.

Görəsən, kinorejissorla Bakı Şəhər İcra Hakimiyyəti arasındakı münaqişədə hər hansı yenilik varmı? Mətbuatda səsləndirdiyi fikirlərə görə qarşı tərəfdən müsbət və ya mənfi mənada hansısa təpkilər alıbmı?xa0

Moderator.az məsələ ilə bağlı Şeyx Əbdül Mahmudbəyovun fikirlərini öyrənib.xa0

Kinorejissor indiyə qədər qarşı tərəfdən heç bir təpki görmədiyini bildirib:xa0

“Hacıbala o adama təzyiq göstərə bilər ki, təzyiq etdiyi adam Hacıbalanın tayı olsun. Kiminsə qanadının, qoltuğunun altına girsin, ona etimad olunan dövlət vəzifəsindən sui - istifadə etsin, vəzifə hesabına ədavət aparsın. Mənim nə vəzifəm, nə biznesim, nə də imkanım var. Mənim yüksək səviyyədə xarakterim, prinsiplərim, əxlaq və mənəviyyata xidmət edən çox güclü ideoloji tərbiyyəm var və mən bu Vətənin övladıyam, bu Vətən mənimdir. Kimlərsə vəzifəsindən istifadə edib özünə xoş gəlməyənlərə qarşı təzyiq edirsə, bu, nakişilikdir. Kişi öz şəxsiyyəti, prinsipi, yolu ilə ədavət aparar, vəzifə hesabına yox.
İkincisi, məni qorxutmaq, çəkindirmək mümkün olan iş deyil. Üçüncüsü, bunlar istəyirlər ki, mən də başqaları kimi Avropa təşkilatlarının qapılarına cumum. Əvvəla, mən Avropaya da, orda olan cəmiyyətlərə də nifrət edirəm. Birmənalı şəkildə nifrət edirəm ki, Avropada yaradılan bütün cəmiyyətlər ancaq Azərbaycan xalqına düşmənçilik etmək üçündür. Minsk qrupunu da, ATƏT-i də görürük. 500 ildir Azərbaycana qarşı təşkil olunan, Pyotrun planı ilə ermənilərin Azərbaycana daşınması və müsəlman-türk dünyasına qarşı düşmən bir ocaq yaradılması mənim bildiyim şeylərdir. Mən bu işlərlə mübarizə aparıram, bunların təbliğatını qururam, Hacıbala kimdir ki. Sadəcə olaraq mənim haqqım, tələbim, vətəndaş kimi hüququmdur ki, başa düşmədiyim prinsipial məsələlərə açıqlama alım. Bütün fəaliyyəti, mədəni səviyyəsi ilə, apardığı siyasətlə nümunə olacaq böyük məktəb keçmiş prezidentimiz bu xalqın qarantıdır. O, dəfələrlə deyib ki, biz xalqa xidmət edirik, bu vəzifələri ona görə sizə etibar eləmişəm ki, xalqa xidmət eləyək. Hanı bəs? Mən bu xalqın sayılıb, seçilən 73 yaşlı bir vətəndaşıyam. Heç bir marağım, təmənnam, ambisiyam yoxdur. Sadəcə olaraq Hacıbala Abutalıbov yaşadığım ərazidə park, yeraltı qaraj tikəndə (hansı ki, bu gün oradan külli miqdarda gəlir götürür) mənim halal, qanuni evimi uçurdub, ev dağılıb. Bu barədə də bütün qurumların çıxardığı AKT-lar, rəylər, üç məhkəmə qərarı var. Əgər bu gün üç məhkəmə qərarlarını hansısa Hacıbala Abutalıbov adlı (bəzi ifadələri ixtisar etməyə məcbur olmuşuq-red.) mövqeyi bəlli olmayan bir adam saya saymırsa, vəzifə səlahiyyətlərindən istifadə edib prezidentin adından alver edirsə, prezidentin gördüyü işləri öz adına çıxıb, onun kölgəsində digər struktur rəhbərlərinə xox gəlirsə, onlara barmaq silkələyirsə, onlar da bundan qorxub öz qanuni işlərini icra eləmirsə, mən neyləməliyəm? İki ildir dözülməz şəraitdə yaşayıb, işləyirəm. Kimdir axı Hacıbala? Onun bütün cəddi-əqrəbasını tərəzinin bir gözünə qoysan, mənim gördüyüm işin bir misrası ağırlığında gəlməz”x9d.xa0

Şeyx Əbdül daha sonra qeyd edib ki, şəhər merinin onu yenidən məhkəməyə verməsini istəyir:xa0

“Hacıbalanın mənim yanımda böyük bir eyib işi var, dövlətçiliyə, konkret olaraq Heydər Əliyevə qarşı. Mən nakişilik edib onu heç vaxt gündəmə gətirmərəm, çünki mən Hacıbala üçün bambılı deyiləm. Hacıbala haqqında ona görə sərt çıxışlar edirəm ki, bəlkə kişiliyi çatdı, məni təzədən məhkəməyə verdi. Heç olmazsa ona sözümü məhkəmədə deyə biləm, soruşam ki, məndən nə istəyir axı. Halal zəhmətlə qazandığım evimi dağıdıb, qəzalı vəziyyətdə yaşayıram, obyektimi, qəzet butkamı uçurtsaydı, dillənməzdim. Bir toyuq hinim belə yoxdur ki, 7 nəfər ailə üzvümü götürüb gedim orada yaşayım. İnsan nə qədər (......) ola bilər ki, bütün rəsmi təşkilatları aldada. Yalan deyə ki, biz neyləyək, o, heç bir şeyə razılaşmır, heç nəyə qane olmur, heç nə istəmir. Yalançının ataba-atasının yeddi arxa dönəninə lənət. İnsan bir az da kişi olar, sən mənə nə təklif eləmisən axı, nə demisən ki, mən imtina etmişəm?
Bir daha sizin vasitənizlə deyirəm ki, Hacıbala, sənin də 73 yaşın var, mənim də, o vəzifə də sənin babanın, dədənin deyil. Hansı hoqqalardan, oyunlardan çıxmısansa, inşaallah vaxt gələcək haqq divanında cavab verəcəksən. Bu dövlətin sahibi var, qanunları var, kitabın dönəndə hər şeyə görə cavab verəcəksən, cinayətləri ört-basdır etmək olmaz. Sənin günahsız, ağsaqqal, gecə-gündüz elmə, mədəniyyətə, tarixə xidmət edən bir adamla düşmənçilik aparmağın ayıbdır. Bütün dünya, bütün Azərbaycan bilir ki, mən dövlətə, dövlətçiliyə xidmət edən adamam, əgər Hacıbala bunu bilmirsə, onun mənşəyini axtarmaq lazımdır, görək kimdir, haradan gəlib.xa0

Dəfələrlə ölkə başçısına müraciət etmişəm, yenə də prezidentimizə müraciət edirəm, Hacıbalaya kim səlahiyyət verib ki, vəzifəsindən sui-istifadə edir? Rəsmi strukturlar, dövlət qurumları qorxurlar, bu işə yaxın gəlmirlər. Ailəmlə birlikdə hər an təhlükə içində yaşayıram, elə etməsinlər ki, bu yaşımda gedib Hacıbalanın qalstukundan yapışıb, oturduğu binanın qabağında sürüyüm. Mən indiyəcən bunu etmədiyimə görə özümü ittiham belə edirəm, çünki ədəb, qanun gözləməklə olmur”x9d.xa0

Əməkdar incəsənət xadimi sonda bir daha şəhər merinə və bir neçə dövlət məmuruna müraciət edib:xa0

“Hacıbala, səni bir daha xəbərdarlıq edirəm, özünü yığışdır, mənlə işin olmasın. Mənim adımdan camaata yalan informasiya vermə, qanun nə qərar çıxarıbsa, onu icra elə. (.....................) xa0Mənimlə olan söhbətini açıb tökümmü ortalığa?xa0
Saytınız vasitəsilə Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi genral-leytenant Mədət Quliyevə müraciət edirəm. Bu müraciət ailəmin təhlükəsizliyi ilə bağlıdır. Xahiş edirəm, məni qəbul etsinlər, bilirəm ki, bu insanlar dövlətə, dövlətçiliyə canı yanan adamlardır, bəlkə onlara dərdimi deyə bildim”x9d.

Qeyd edək ki, Moderator.az qarşı tərəfə də cavab haqqı tanıyır və fikirlərini olduğu kimi işıqlandırmağa hazırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaradağda torpaq çökməsində həyatını itirən şəxs bu qurumda çalışırmış – DETALLAR

Qaradağda torpaq çökməsində həyatını itirən şəxs bu qurumda çalışırmış – DETALLAR

5 il zəncirlənən uşaq XİLAS edildi – VİDEO

5 il zəncirlənən uşaq XİLAS edildi – VİDEO

Prezidentdən yerli icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Prezidentdən yerli icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Makron siyasətdən getmək İSTƏYİR

Makron siyasətdən getmək İSTƏYİR

Dostunun yasında vəfat etdi

Dostunun yasında vəfat etdi

Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

Kiberdələduzların YENİ FIRILDAĞI – Bu zənglərə cavab versəniz, pullarınız OĞURLANACAQ!

Kiberdələduzların YENİ FIRILDAĞI – Bu zənglərə cavab versəniz, pullarınız OĞURLANACAQ!

ABŞ dörd İran rəsmisinə qarşı sui-qəsd hazırlayır – SENSASİON ADLAR

ABŞ dörd İran rəsmisinə qarşı sui-qəsd hazırlayır – SENSASİON ADLAR

Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

Azərbaycanda yaşayan İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Azərbaycanda yaşayan İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Nazirlər Kabinetində Kür çayı ilə bağlı MÜHÜM İCLAS: Tapşırıqlar verildi

Nazirlər Kabinetində Kür çayı ilə bağlı MÜHÜM İCLAS: Tapşırıqlar verildi

Səkkiz ildir içki içmir – Yenə də SƏRXOŞDUR

Səkkiz ildir içki içmir – Yenə də SƏRXOŞDUR

Şuşada bərpa və konservasiya olunmuş abidələrin SİYAHISI

Şuşada bərpa və konservasiya olunmuş abidələrin SİYAHISI

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

End of content

No more pages to load

RADİO