Bakının keçmiş Sovetski məhəlləsində yerləşən və 1916-cı ilə aid olan tarixi arxitekturalı binanın söküntüsüna başlanılıb.xa0
Qeyd edək ki, Nazirlər Kabineti ötən ay verdiyi qərara əsasən, Sovetskidə yerləşən 20 dən çox binanın tarixi bina olması statusunu qaldırılıb söküntüsünə qərar verilmişdi.xa0
Moderator.az -ın verdiyi xəbərə görə, binaların sökülməsi ictimai narazılıqlara səbəb olub. Hətta bununla bağlı petisiya da yaradılıb. Azərbaycan ziyalıları, görkəmli şəxsiyyətlər, elm adamları petisiyanı imzalayaraq, Azərbaycan paytaxtının simasının dəyişdirilməsinə öz hiddətlərini bildiriblər. Ümumilikdə, ölkə rəhbərliyinə müraciəti 3 minə yaxın insan imzalayıb.
Petisiyanı imzalayanlar arasında Azərbaycanın birinci xanımının bacısı, Lomonosov adına MDU-nin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva da var.