Mübariz Mənsimovun məhkəməsi başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva öz Feysbuk hesabında yazıb.
Bildirib ki, məhkəmədə Mübariz Mənsimova söz verilib.
"Nə FETO, nə köpəklərinə 1 qəpik vermədim, vermərəm də. Tam əksinə həmişə yardım etdim. Mən bəraət istəyirəm"-deyə ''Palmali'' şirkətlər qrupunun rəhbəri vurğulayıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun sərbəst buraxılması üçün protest verib.
Bizim.Media
