Vyanadan Qarabağ gözləntiləri - Hazırlıqsız görüş

Aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliklərdən sonra bu gün ilk dəfə prezidentlərin görüşü ilə bağlı məlumatlar yayıldı.

Moderator.az anspress.com-a istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduqlarını dedilər.

Görüşün növbəti həftə Vyanada keçirilməsi təklif edilir. Prezidentlərin son görüşü ötən il dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.

Həmin görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekuna dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.

Dekabrda keçirilən görüş zamanı da cəbhə xəttində gərginliklər müşahidə olunurdu.

Amma aprelin əvvəlində baş verən gərginlik dekabr ayındakına nisbətən daha genişmiqyaslı idi. Çünki Azərbaycan ordusu işğal altında olan bəzi əraziləri qarşı tərəfin Silahlı Qüvvələrindən təmizlədi.

Qarşı tərəfin təxribatlarına cavab tədbiri kimi keçirilən hərbi əməliyyatlar zamanı nüfuzlu dövlətlər tərəfləri sakitləşdirmək və danışıqlar masası arxasına əyləşdirmək üçün cəhdlər göstərdilər.

Münaqişənin həllində maraqlı dövlətlər öz nümayəndələrini regiona göndərdilər. Atəşkəs əldə olunduqdan sonra isə Ermənistan prezidenti mətbuata açıqlamasında dedi ki, hazırda münaqişə ətrafında bütün danışıqlar dayandırılıb. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə istənilən an başlaya bilər.



Münaqişə bölgəsində vəziyyətin gərgin olduğu bir vaxtda prezidentlərin görüşünün nə qədər real olub olmamasını şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, hazırda Serj Sarkisyanvə İlham Əliyevin görüşü üçün heç bir hazırlıq görülməyib. “Çünki görüş və orada müzakirə olunacaq məsələlər əvvəlcədən xarici işlər nazirləri səviyyəsində razılaşdırılmalı idi. Həmçinin Ermənistan tərəfi prezident səviyyəsində görüşün olub - olmaması ilə bağlı heç bir açıqlama verməyib. Belə bir şəraitdə həmsədrlərin necə görüş təşkil etdikləri müəmmalıdır. Hətta görüş təşkil edilsə belə masada konkret bir həll planı yoxdur”x9d, - deyən politoloq əlavə etdi ki, görüşün keçirilməsi üçün tərəflərin mövqeyində fərqliliklər var.
Qabil Hüseynli bildirdi ki, cəbhə xəttində baş verən son gərginliklərdən sonra Azərbaycan tərəfi vəziyyəti real qiymətləndirir. “Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün konkret dəstəklənməsini istəyir. Azərbaycan Ermənistan ordusunun 7 rayondan dərhal çıxarılmasını tələb edir. Daha sonra Dağlıq Qarabağın status ilə bağlı müzakirələrin aparılmasını istəyir”x9d, - deyə Qabil Hüseynli bildirdi.

Politoloq deyir ki, çətin ki, Azərbaycan vəziyyətin gərginləşməməsi ilə bağlı danışıqlara getsin. “Çünki Azərbaycanın torpaqları işğal altındadır. Ona görə də Azərbaycan vəziyyətin gərginləşməyəcəyi ilə bağlı zəmanət verə bilməz”x9d, - deyə politoloq bildirdi.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hazırki məqamda görüşün baş tutmasını real sayır. “Çünki prezidentlərin görüşü müxtəlif mənbələrdən təsdiqlənib. Görüş zamanı əsas müzakirə mövzusu Ermənistan ilkin şərt qoymadan Dağılıq Qarabağ ətrafındakı 5 rayonları boşaltması olmalıdır. Ermənistan rayonları boşaltmağa hazırdır, ya yox? Əks halda Vyanadakı görüşünün əhəmiyyəti yoxdur və dövlət başçısı İlham Əliyevin sözləri ilə desək bu imitasiya xatirinə görüş olacaq. Belə görüşlər bizi geri sala bilər. Çünki 22 ildə aparılan məhz bu cür görüşlər Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalmasına, status-kvonun qorunmasına şərait yaradıb”x9d, - deyə Elxan Şahinoğlu bildirdi.



Hələ ki, görüşün olub ”“ olmayacağı ilə bağlı münaqişə tərəflərindən açıqlama verilməyib. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya yayılan məlumatlara münasibət bildirib. Rəsmi Moskvanın açıqlamalarından görünür ki, görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret müzakirələrin aparılmayacağı məlum olur. Yəqin ki, ATƏT-in Minsk qrupunun görüşü təşkil etməkdə də məqsədi atəşkəs rejiminin qorunmasına şərait yaratmaqdır.

Bu isə birmənalı olaraq Ermənistanın mənafeyinə uyğundur. Hazırda rəsmi İrəvan status-kvonun uzadılmasında maraqlıdır. Amma bu görüş digərlərində çox fərqli şəraitdə və şərtlər altında baş tutacaq. Çünki aprel hadisələrindən sonra təşkil edilən Vyana görüşündə masa arxasına Azərbaycan qalib, Ermənistan isə məğlub tərəf kimi əyləşəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Görmə məhdudiyyətli müəllim sertifikasiyada 55 bal topladı

Görmə məhdudiyyətli müəllim sertifikasiyada 55 bal topladı

3 BÜRC üçün şans qapıları açıldı

3 BÜRC üçün şans qapıları açıldı

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

Bu gün Aşuradır

Bu gün Aşuradır

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

“Şəfa” klubunda ilk legioner

“Şəfa” klubunda ilk legioner

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

End of content

No more pages to load

RADİO