"Xeyirxah məqsəd hətta müharibəni də nura qərq edir?"

AVESTA (5-ci yazı)
(NİTSŞE VƏ AVESTA)

Bu məşhur kitabın meydana gəlməsində bir qadının xüsusi rolu olmuşdu...

...Artıq neçə illərdirki, rasist, nasist, militarist, şovinist... partiya və qrupların, təşkilat və dərnəklərin "ideya- fəlsəfi əsasını" təşkil edən bir əsər arasıkəsilmədən təbliğ olunmaqdadır. Yazıldığı ilk vaxtlarda diq-qəti oqədərdə cəlb etməyən bu fəlsəfi əsər, simvolik poema, indi (tək-cə indi yox, həm də bir neçə onillərdən bəri) minlərlə, milyonlarla adama yaxşı tanışdır. Bu kitab ilk dəfə 1883-84-cü illərdə Almaniya-nın Leypsiq şəhərində çap olunmuşdur. Adı bütövlükdə belədir: "Zaratustra belə deyirdi. Hər kəs və heç kəs üçün kitab". "Hamı və heç kim üçün" yazılmış həmin kitabın müəllifi 24 yaşında ikən Bazel uni-versitetinin professoru olmuş yazıçı, şair, bəstəkar, filosof Fridrix Vil-helm Nitsşe (1844-1900) idi.

Zəruri qeyd. Bu məşhur kitabın meydana gəlməsində bir qadının xüsusi rolu olmuşdu. Həmin qadın alman-rus mənşəli yazıçı, filosof, həkim-psixoterapevt Lu Salome (Luiza Qustavovna Salome) idi. Ümumiyyətlə, bu qadın Nitsşe ilə yanaşı avstriyalı psixoloq-psixatr və filosof Ziqmund Freydin, məşhur modernist şair Rayner Rilkenin, alman filosofu Re Paulun, alman şərqşünası Fridrix Karl Andreasın, məşhur siyasətçi Georq Ledeburun, ekspressionizmin banilərindən biri, şair Frank Vedekindin həyatında silinməz izlər qoymuşdur. Nitsşe bu məşhur kitabı bu məşhur qadının eşqiylə yazmışdı. Filosof qadına sevgi təklif etmiş, əvəzində qadından dostluq təklifi almışdı.

Çox məhdud tirajla (40-50 ədəd) çıxan kitab ilk vaxtlar diqqəti o qədər də cəlb etməmişdi. Amma aradan cəmi 20 il keçəndən sonra bu əsər çoxlarının "əqidə, məslək və mübarizə silahına" çevrildi. Nitsşe-nin ondan əvvəl və sonra da bir sıra əsərləri çap olunmuşdu. Onun qə-ləmindən çıxan kitabların əksəriyyəti, o cümlədən "Səhər şəfəqləri", "Yunan dövləti", "Faciənin doğulması", "Bəşəri, həddindən artıq bəşə-ri", "Xeyr və Şərin o üzündə", "Şən elm", "Əxlaqın mənşəyi", "Antix-rist" və s. əsərlər yalnız dar səhədə çalışan mütəxəssislərə məlum idi. Lakin filosofa ən çox şöhrət gətirən əsər öz ideyalarını Şərq müdriki Zərdüştün adıyla bağladığı traktat idi. Kitab qeyri-akademik üslubda yazılmışdı. Dili sadə idi. Ona görə lazım olan “ünvana”x9d tez çata bilərdi. Nitsşenin özü bu şöhrəti görmədi. Lakin həmin əsərin acı-sını dadanlar çox oldu.

Bir çoxları üçün faşizmin ideya-nəzəri yaraqxanasını rövnəqləndirən qiymətli "fikir silahlarından" biri bu əsər hesab edilirdi. Yəqin ki, bu “başabəla”x9d kitabın milyonlarla adamı ayağa qaldırıb qəribə bir instiktlə necə “dəyişdirdiyinin”x9d şahidi olsaydı, vaxtilə yaddaşını itirmiş Nitsşe təzədən “ağlını”x9d itirərdi.

Nitsşe həyatı, dünyanı dialektikcəsinə dərk edir: dünya əbədi hərəkət-dədir. Lakin bu hərəkət qapalı dairə üzrədir, düz yox, əyri xətt boyun-cadır; belə ki, bəşəriyyət öz inkişafı prosesində yenə özünə qayıdır. "Özünə qayıtma" bu fəlsəfənin bütün mahiyyətini təşkil edir. Filosofa görə, gələcək keçmişin təkrarından başqa bir şey deyildir. Nitsşe bu məntiqə şübhə edənlərə, deyilənlərin həqiqətdən uzaq olduğunu düşü-nənələrə gülür: nə olsun ki, əslində elə "hər cür həqiqət əyridir, çünki zaman özü dairəvidir".

Qapalı dairə içində fırlanan tarix və dünya əslində məqsədsiz, mənasız yerə vurnuxur. Nitsşe "minlərcə başı" bir-birinə bağlamaq üçün "vahid zəncirin" olmamasına təəssüf edir. Amma artıq elə bir vaxt gəlib yeti-şib ki, insanlar öz "məqsədsiz" həyatlarına son qoymalı, gələcəyin - mənalı bir ömrün ilk pillərinə inamla qədəm qoymalıdırlar. Yeni məq-səd "yeni insan" tələb edir. Bəs bu “yeni insan”x9d kim olmalıdır? Şüb-həsiz ki, yeni məqsədlərə qoşan kəs fövqəltəbii şəxsiyyətdir. Nitsşe onu elə belə də adlandırır: “fövqəlbəşər”x9d. Lakin bəşərin fövqündə da-yanan həmin adam yerdə, insanların arasında yaşamalıdır. Nitsşe kimi realist filosof dinə inanan sadəlövhlərdən, dünyanın gedişatından əl üzən spektiklərdən deyildi ki, arzuladığı insanı göylərdə axtarsın! Əsla. Yeni insan-fövqəlbəşər elə torpağın üstündə gəzir. Lakin onu tə-zədən işləyib "yaratmaq" lazımdır. Bəs bu "yaradıcı-ixtiraçı" kim-dir? İnsanın özü. Bu cür "seçmə" insanlar yalnız "seçmə" xalqların içində yetişə bilər. Bu cür "seçilmiş" xalqlar isə özünün yer üzündəki ağalığını müharibələr vasitəsilə təsdiqləyə bilər.

Nitsşe öz ideyalarının həqiqiliyini sübuta yetirmək üçün öz sələf və müasirlərindən daha çox, qədim Şərq fəlsəfəsinə, həmin fəlsəfənin böyük yaradıcısı Zərdüştə üz tutur. Lakin onun "isnad nöqtəsi" kimi seçdiyi zərdüştlük Nitsşe ideyaları ilə daban-dabana ziddir. Yer üzün-də əmin-amanlığı hər şeydən üstün tutan "Avesta" müəllifi deyirdi: "Bütün dünyaya hər şeydən öncə sülh və dinclik diləyirəm". Amma Nitsşenin yaratdığı "Zaratustra" (Zərdüşt) öz silah qardaşlarına üz tu-taraq deyir: "Dünyanı yeni müharibələr üçün bir vasitə kimi sevin...

Siz deyirsiniz ki, xeyirxah məqsəd hətta müharibəni də nura qərq edir? Mənsə sizə deyirəm: hərbin səadəti hər cür məqsədi nurlandı-rır. Hərb və şücaət doğmalara bəslənən məhəbbətdən daha artıq nə-həng işlər görmüşdür”¦

Qiyam-qulun şücaətidir. Sizin hünərinizə itaət olunacaq! Sizin əmrini-zin özü itaət olacaq! Yaxşı döyüşçü üçün "etməlisən" sözü "istəyi-rəm"dən daha gözəl səslənir. Və nəyi sevirsinizsə, hamısını əvvəlcə özünüzə əmr etməlisiniz... Beləliklə, öz həyatınızla itaəti və müharibə-ni yaşayın... Hansı döyüşçü istər ki, ona rəhm etsinlər?!"

Bəli, bu çağırışlar, daha doğrusu bu cür “öyüdlər”x9d illər sonrası faşizm ideyalarının cücərməsində mühüm rol oynadı.

Fəqət öz fikirlərinin gələcəkdə hansısa bir ideologiyanın formalaşmasına təsir göstərdiyi üçün Nitsşe günahkar idimi?

Qətiyyən.

Faşizmin taunu gömüldü, di gəl ki, faşist hakimiyyətinin qanlı xaraba-larından “qidlanan”x9d tör-töküntülər hələ də qalmaqdadır. Zərdüştə (və eləcə də Nitsşeyə dəxli olmayanlar) öz başsız "mübarizələrini" yenə də davam etdirirlər. Nitşeni interpretasiya edənlər hələ də belə iddia ilə yaşayırlar ki, dünya "güclülərin, seçmələrindir"; bu dünyada yalnız qalib millətin yaşamaq hüququ vardır. Hətta, belələri Nitsşeyə isnad və istinad edərək bu "güclü millətin", onun güclü döyüşçülərinin ob-raz-modelini yaratmağı da unutmamışlar. Bu kazarma-dövlət "güclü adamın"- fövqəlinsanın iradəsinə tabe olmalıdır.

Şərq müdriki Zərdüşt özünün uydurulmuş qəddar "prototipinə" qarşı çıxır. Daha doğrusu, "Zaratustra" Zərdüştün antitipi, antiobrazıdır.

Zərdüşt Zaratustranı ittiham edir.

Zərdüşt fəlsəfəsində Xeyirlə Şərin mübarizəsi aparıcı qollardan birini təşkil edir. Hörmüz ilə Əhrimənin mübarizəsi, minillərdən bəri davam edən mübarizənin- işıqla qaranlığın davasıdır. Zərdüşt üçün ən qiy-mətli varlıq insandır. O, insanı təbiətin övladı və dostu kimi qiymət-ləndirir. İnsan dünyaya nə üçün gəlir? Qədim nəsildaşımız bu suala hətta bu günün mütəffəkkirlərinin qibtə edə biləcəyi lakonik və mənalı bir kəlmə ilə cavab verir: xoşbəxtlik üçün. Bəs xoşbəxtlik nədir? Zər-düşt xoşbəxtliyin, səadətin əsasını bir sıra amillərlə bağlayır ki, bu amillər də o vaxtkı (həm də bu günkü) baxışlar üçün tamamilə məqbul sayıla bilər: sülh, bolluq, sevimli həyat yoldaşı, çoxlu övlad, sağlamlıq və uzun ömür.

Zərdüştə görə qanunun qorunması insanlığın qorunması deməkdir. Bunun üçün insandan üç başlıca keyfiyyət tələb olunur: xoş fikir, xoş söz, xoş əməl. Yer üzündə həqiqətin bərqərar olması Zərdüştün ən bö-yük idealıdır: "Ey tanrı, mən səni özümdə və öz xalqımda haçan görə-cəyəm?!"

Göründüyü kimi, Zərdüşt insanlığa dinclik və əmniyyət arzulayır. Bu arzular bəzən subyektiv səciyyə daşısa da çox zaman iri bir icmanın, böyük sosial təbəqənin fikrini ifadə edir. Lakin Zərdüşt düşmənlərə güzəştə getməyi arzulamır. O, yağıya qarşı sözlə və silahla amansız olmağı tövsiyə edir. Xüsusən, "Avesta"nın ikinci cildində toplanan qatlarda (bunlara bəzən "qata" da deyilir) sülh və müharibə, gələcəyə inam və şübhə barədə qiymətli mülahizələr söylənilmişdir. Elə həmin qatlarda Zərdüşt Hörmüzə müraciətən deyir ki, ona kömək göstərsin - mənəvi silah kömək etməyəndə, maddi silah versin. Zərdüştün bütün qəzəbi Şərə qarşı yönəlib. Xeyir və Şər qatında (30-cu qat, Yasna) üz-üzə dayanan iki qüvvənin mahiyyətinə toxunulur, simvolik Şər obrazı - Xeyirə qarşı çevrilən ideyanın məğzi aşkarlanır.

İstər-istəməz yenə də belə bir sual meydana çıxır: bəs "Avesta"da Nitsşeni cəlb edən zəmin nədədir? Bizcə, həmin sualın cavabı o qədər də mürəkkəb deyil. Məlumdur ki, "Avesta"nın tarixə qədəm atdığı dövr bəşər cəmiyyətinin sübh çağına təsadüf edir. Bu dövrdə yaranan əsərdən dünya və insan haqqında tam mükəmməl, bitkin elmi fikir gözləmək doğru olmazdı. Zərdüşt ideyaları bütün zamanlar üçün yox,
müəyyən bir zaman kəsiyi üçün söylənilə bilərdi. Deməli, Zərdüşt nə-sihətləri bütün bəşər nəsli üçün yox, bir şəcərə, nəsil, konkret bir sosi-al qrup üçün məqbul və gərəkli sayıla bilərdi. Elə buradaca qeyd etmə-yi vacib sayırıq ki, məhz həmin nöqteyi-nəzərdən çıxış edən bəzi təd-qiqatçılar bu gün də "Avesta"da mürtəce fikirlər axtarırlar: guya Zər-düşt öz əsabələrini başqa qəbilə və qruplara qarşı mübarizəyə çağırır-mış. Təbii ki, zərdüştlükdə dini baxış güclü idi və ona tabe olmayanlar cəzalandırılırdı. Lakin bu, o dövr üçün təbii, qanunauyğun hal hesab olunmuşdur.

Zərdüşt öz mülahizələrini müəyyən qrupa üz tutaraq bəyan edirdi. Bu fikirlər bütöv bəşəriyyətə xitab olunmasa da, həmin fikirlər bəşəri mahiyyət kəsb edirdi. "Avesta"nın gücü də məhz bundadır.

Nitsşenin “Zaratustrasını" öz fəlsəfi ideyaları üçün geniş "plasdram" hesab edənlər az olmayıb. Bunun başlıca səbəblərindən biri də bu Şərq abidəsinin mübarizə ruhu ilə "nəfəs almağındadır”x9d. Yəni bir çox hallarda Zərdüşt də Zaratustra kimi barışmaz olur. Amma onların mübarizəsinin mahiyyəti fərqlidir. Zərdüşt şərə qarşı vuruşur, Zaratustranın mübarizəsindən şər törəyir.

Bəzən oxucu şərqli Zərdüştü, "avropalı" Zaratustra ilə dəyişik salır, eyniləşdirir. Unutmaq olmaz ki, böyük alman filosofu Nitsşenin "öz Zərdüştü" mövcuddur. Bu, Zaratustradır. O Zaratustra ki, öz “əcda-dından”x9d daha çox zahiri keyfiyyətləri əxz edib. Zərdüştlə Zaratustranın daxili fərq və ziddiyyətləri isə kifayət qədərdir.

Min illərdir ki, Xeyirlə Şər, hərblə sülh üz-üzə, göz-gözə yaşayır. Bə-şər nəslinin inamı qətidir: dünya xeyrə, sülhə, ədalətə təslim olacaq. Dünya-dünyanı, insanı sevənlərindir. Bu yolun yolcularından biri də Zərdüştdür - ulu, müdrik, şərqli Zərdüşt.

Firuz Mustafa
yazıçı-filosof
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hövsandakı "möcüzəvi palçıq" barədə həkimdən kritik XƏBƏRDARLIQ - VİDEO

Hövsandakı "möcüzəvi palçıq" barədə həkimdən kritik XƏBƏRDARLIQ - VİDEO

Ruben Rubinyan: "Onlar mandatdan istifadə edərək ədalətdən yayınmağa çalışacaqlar, lakin... " - VİDEO

Ruben Rubinyan: "Onlar mandatdan istifadə edərək ədalətdən yayınmağa çalışacaqlar, lakin... " - VİDEO

Şəmkirdə ağır qəza - ÖLƏN VAR

Şəmkirdə ağır qəza - ÖLƏN VAR

“Açıq qapı”dan bir əsrlik tarixə baxış! - FOTO

“Açıq qapı”dan bir əsrlik tarixə baxış! - FOTO

İranla müharibə başlayandan bəri yenidən görüşəcəklər

İranla müharibə başlayandan bəri yenidən görüşəcəklər

Formula 1 üzrə Britaniya Qran-Prisinin qalibi BƏLLİ OLDU

Formula 1 üzrə Britaniya Qran-Prisinin qalibi BƏLLİ OLDU

Bakıxanov qəsəbəsində əks yola çıxan sürücü qəza törətdi - VİDEO

Bakıxanov qəsəbəsində əks yola çıxan sürücü qəza törətdi - VİDEO

Tramp kommunizmi yenidən məğlub edəcəyinə söz verdi - VİDEO

Tramp kommunizmi yenidən məğlub edəcəyinə söz verdi - VİDEO

Norveç Ukraynaya raket tədarükü ilə bağlı ittihamları TƏKZİB ETDİ

Norveç Ukraynaya raket tədarükü ilə bağlı ittihamları TƏKZİB ETDİ

Netanyahu: HƏMAS tərksilah edilmədən Qəzzanın bərpası mümkün deyil

Netanyahu: HƏMAS tərksilah edilmədən Qəzzanın bərpası mümkün deyil

Suriya parlamentinin ilk iclası Makronun səfərinə görə təxirə salındı - FOTO

Suriya parlamentinin ilk iclası Makronun səfərinə görə təxirə salındı - FOTO

“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer etdi: 8-cidir

“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer etdi: 8-cidir

Avropa Türkiyədən bunu xahiş etdi: “Göndərməsəniz...”

Avropa Türkiyədən bunu xahiş etdi: “Göndərməsəniz...”

Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBRLƏR QAZILIB

Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBRLƏR QAZILIB

Qətər və İrandan mühüm qərar: Limanlar arasında dəniz əlaqəsi bərpa edildi

Qətər və İrandan mühüm qərar: Limanlar arasında dəniz əlaqəsi bərpa edildi

Romada genişmiqyaslı polis əməliyyatı: Həbs edilənlər var - VİDEO

Romada genişmiqyaslı polis əməliyyatı: Həbs edilənlər var - VİDEO

Xameneinin oğulları ilk dəfə görüntüləndi - VİDEO

Xameneinin oğulları ilk dəfə görüntüləndi - VİDEO

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana gəldi - FOTO

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana gəldi - FOTO

Rusiya Ukraynadan belə qisas alır - FOTO

Rusiya Ukraynadan belə qisas alır - FOTO

Rusiyada yanacaq qıtlığı: Atlara tələbat kəskin artdı - FOTO

Rusiyada yanacaq qıtlığı: Atlara tələbat kəskin artdı - FOTO

Makronun prezidentlikdən sonrakı planı - Milyarderin şirkətində işləyəcək

Makronun prezidentlikdən sonrakı planı - Milyarderin şirkətində işləyəcək

ABŞ-da anomal istilər: 25 nəfər həyatını itirdi - FOTO

ABŞ-da anomal istilər: 25 nəfər həyatını itirdi - FOTO

Sabirabadda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Sabirabadda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Zelenskidən Putinə TƏKLİF: Konstantinovskanı tutubsansa, gəl orda görüşək - FOTO-VİDEO

Zelenskidən Putinə TƏKLİF: Konstantinovskanı tutubsansa, gəl orda görüşək - FOTO-VİDEO

End of content

No more pages to load

RADİO