ABŞ-da davam edən anomal istilər ölümlə nəticələnib. "NBC News" telekanalının məlumatına görə, ölkədə istilər səbəbindən azı 25 nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, ölüm halları daha çox Nyu-Cersi ştatında qeydə alınıb. Burada 22 nəfər həyatını itirib.
Həlak olanların yaş aralığı 30 ilə 80 yaş arasındadır.
Ekspertlər yüksək temperaturların səhhətində problemi olan və yaşlı insanlar üçün ciddi təhlükə yaratdığını qeyd edərək, əhalini ehtiyatlı olmağa çağırır.

Bizim.Media