11 il əvvəl Bakıda itkin düşən şəxs xüsusi amansızlıqla qətlə yetirilibmiş

Bu gün tanınmış vəkil Adəm Məmmədov 11 il əvvəl Bakıda qəfil itkin düşən sahibkar Elsevər Əliyevin qətlə yetirilməsi faktının aşkar edilməsi barədə mətbuat konfransı keçirib.

Vəkil bildirib ki, E.Əliyev 2005-ci il iyulun 8-də itkin düşüb: "2005-ci ildə faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elsevər Əliyevin ətrafındakı bəzi şəxslər istintaqa dəvət edilərək ifadəsi alınıb, amma saxlanılan olmayıb. O vaxt Binəqədi rayon prokuroru olmuş, hazırda barəsində məhkəmə hökmü ilə 7 il şərti cəza kəsilən Mirələkbər Seyidov və prokurorluğun müstəntiqi Elşən Əliyev cinayətin üstünün açılmasında maraqlı olmayıb və istintaq materialına əlavə ediblər ki, guya Elsevər Əliyev Azərbaycanı tərk edərək İrana gedib. Elsevər barəsində axtarış elan edilib və bununla da cinayət işinin istintaqı dayandırılıb".

A.Məmmədov deyib ki, həmin vaxt Bərdə rayonu ərazisində yandırılaraq doğranmış meyit tapılıb və bu barədə Binəqədi rayon prokurorluğuna məlumat verilib. Lakin prokurorluq meyitin ekspertizasını təşkil etməyib. 2015-ci ildə vəkil A.Məmmədov məsələ ilə bağlı Bakı şəhər prokurorluğuna müraciət edib və cinayət işinin istintaqı yenidən başlayıb. Prokurorluğun müstəntiqi Kamran Məmmədov həmin vaxt tapılmış naməlum meyitin genetik ekspertizasını təşkil edib və məlum olub ki, həmin meyit 2005-ci ildə itkin düşmüş E.Əliyevdir.

Vəkil deyib ki, E.Əliyev itkin düşənə qədər Sahibə Həsənova adlı şəxslə biznes şəriki olub. Hadisədən sonra isə E.Əliyevin avtomobili S.Həsənovanın evinin qarşısında tapılıb. S.Həsənova faktla bağlı Binəqədi rayon prokurorluğunda ifadə versə də, cinayətdən xəbəri olmadığını bildirib. E.Əliyev, həmçinin S.Həsənova ilə qeyri-rəsmi münasibətdə olub: "Ötən il mən Xoşqədəm Hidayətqızının ANS telekanalında apardığı “Sən tək deyilsən”x9d verilişində ekspert qismində çıxış edərkən Sahibə Həsənovanın qızı Gülxar Sadıqova verilişə müraciət edərək Elsevər Əliyevin ölümündə anası Sahibə Həsənovanı günahlandırıb. Bildirilib ki, Elsevər Əliyev Gülxar Sadıqovanın həyat yoldaşı Vüqar Şirinov və anası Sahibə Həsənova tərəfindən qətlə yetirilib. Onun ifadəsindən sonra cinayət işi yenilənib. Bakı şəhər prokurorluğunda aparılan istintaq müddəti dövründə on il bundan əvvəl Bərdədə tapılan meyitlə bağlı genetik ekspertiza keçirilib. Ekspertiza 3 ay əvvəl keçirilib və meyiti tapılan şəxsin Elsevər Əliyev olduğu aydınlaşıb”x9d.

A.Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi dünya çempionu Azad Məmmədovun cinayət işində isə S.Həsənova zərərçəkən şəxs qismində tanınıb: “Həmin cinayət işi üzrə digər zərərçəkmiş və şahidlər ərizə ilə yenidən müraciət edərək bildiriblər ki, Sahibə Həsənova onlara təzyiq edib ki, əgər siz Azad Məmmədovun əleyhinə ifadə versəniz, sizə borclu olduğumuz pulları qaytaracağıq".

Vəkil bildirib ki, sonradan ona məlum olub ki, E.Əliyevin ölümündə adı hallanan S.Həsənova vəkil Elçin Sadıqovun anasıdır və qətl hadisəsinin izinin itirilməsi üçün E.Sadıqov müxtəlif şəxslərdən istifadə edib.

O deyib ki, S.Həsənovanın qızı G.Sadıqovanın ifadəsindən sonra istintaq təzələndiyi halda, həmkarı E.Sadıqov bacısının ruhi xəstə olduğunu iddia edib. Amma G.Sadıqova bununla bağlı ekspertizadan keçirilib, tam sağlam olduğu üzə çıxıb: "Elsevər Əliyev xüsusi amansızlıqla öldürülüb. Onun meyiti doğranıb və yandırılıb. Mənim hüquq-mühafizə orqanlarına müraciətim ondan ibarətdir ki, cinayət işi obyektiv aparılsın, əməliyyat tapşırıqları Dövlət Təhlükəsizliyi Xidmətinə verilsin".

Konfransda çıxış edən İsmayıl Əliyev də 2003-cü ildə oğlu Elsevər Əliyevin S.Həsənova ilə işbirliyinə başladığını bildirib: “Sonradan onların qeyri-rəsmi münasibəti də olub. Elsevərin Sahibənin bir neçə cinayətindən xəbəri olduğu üçün onu öldürüblər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

Natiq Şirinov və Fərqanə Qasımovanın ailəsində xoş xəbər

Natiq Şirinov və Fərqanə Qasımovanın ailəsində xoş xəbər

Erməni kəşfiyyatçı saxlanıldı

Erməni kəşfiyyatçı saxlanıldı

Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

İçərişəhərin Qala divarları üçün yarım milyon XƏRCLƏNƏCƏK

İçərişəhərin Qala divarları üçün yarım milyon XƏRCLƏNƏCƏK

Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Avropa çempionu olan güləşçilərimiz Vətənə qayıdıb

Avropa çempionu olan güləşçilərimiz Vətənə qayıdıb

Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Həftəsonu bu şəxslərin İMTAHANI VAR

Həftəsonu bu şəxslərin İMTAHANI VAR

Valideyn qayğısından məhrum olmuş uşaqlarda fərdi yanaşma prinsipi üstün rol oynayır - GÜLƏR MÜBARİZ YAZIR

Valideyn qayğısından məhrum olmuş uşaqlarda fərdi yanaşma prinsipi üstün rol oynayır - GÜLƏR MÜBARİZ YAZIR

İkinci Liqa: “Araz-Saatlı” və “Şəki Siti” qalib gəldi

İkinci Liqa: “Araz-Saatlı” və “Şəki Siti” qalib gəldi

End of content

No more pages to load

RADİO