İranın parlament nümayəndə heyəti Milli Məclisdə

Fevralın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bizm.Media xəbər verir ki, bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nümayəndə heyətini salamlayan Ziyafət Əsgərov bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra dövlətlərimiz arasında qurulan və indi də davam edən dost münasibətləri bundan sonra da inkişaf edəcək.

 

İki ölkə arasındakı yüksək səviyyəli siyasi münasibətlərdə dövlət rəhbərlərinin böyük xidmətlərini vurğulayan Milli Məclisin komitə sədri dövlət başçılarının qarşılıqlı səfərlərində imzalanan hüquqi sənədlərin münasibətlərimizin inkişafı üçün güclü hüquqi baza yaratdığını diqqətə çatdırıb.


İki ölkənin parlamentləri arasındakı münasibətlərə də toxunan Ziyafət Əsgərov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının əhəmiyyətindən söz açıb, pandemiya səbəbindən səngiyən qarşılıqlı səfərlərin pandemiyadan sonra yenidən bərpa olunması zərurətini qeyd edib, müştərək şəkildə həyata keçirilən layihələrin xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb. 

 

MÖVZU İLƏ BAĞLI:

İran parlamentariləri Azərbaycana gəldi


Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişaf etdirilməsində birgə səylərin əhəmiyyətinə toxunan qonaq İranın Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

İşğaldan azad edilmiş ərazilərin bərpasında və yenidən qurulmasında maraqlı olan İran şirkətlərinin təcrübəsindən də söz açan Müctəba Zünnuri bir sıra İran şirkətinin bu layihələrdə iştirak arzusunu dilə gətirib. 

Cənab Ziyafət Əsgərov Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında erməni tərəfinin işğal dövründə törətdiyi dağıntıların inanılmaz dərəcədə böyük olduğunu diqqətə çatdırıb və həmin ərazilərin yenidən bərpasının və inkişaf etdirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet elan edildiyini bildirib.

 

Ərazilərin bərpasında digər dost ölkələr kimi İrana da üstünlük verildiyini vurğulayan Ziyafət Əsgərov İran xalqına və rəhbərlərinə bu məsələdə haqqı və ədaləti müdafiə etməklə Azərbaycana dəstək olduqlarına görə bir daha təşəkkür edib. 


Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvləri – Arzu Nağıyev və Kamal Cəfərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər. 

Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bitcoin son üç ayın ən yüksək səviyyəsinə çatdı

Bitcoin son üç ayın ən yüksək səviyyəsinə çatdı

İlhamə Quliyeva ilə qalmaqal Faiq Ağayevin toyunda BAŞLADI

İlhamə Quliyeva ilə qalmaqal Faiq Ağayevin toyunda BAŞLADI

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Çində fişəng fabrikində partlayış: 21 ölü, 61 yaralı var – VİDEO

Çində fişəng fabrikində partlayış: 21 ölü, 61 yaralı var – VİDEO

Çempionlar Liqası: "Arsenal" və "Atletiko Madrid" üçün həlledici gecə

Çempionlar Liqası: "Arsenal" və "Atletiko Madrid" üçün həlledici gecə

Evinizə arı gəlirsə, bunun 3 mənası var

Evinizə arı gəlirsə, bunun 3 mənası var

Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ

Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ

İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO

İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO

Prezident: "Azərbaycan-İtaliya dostluğu bundan sonra da inamla davam etdiriləcək" – VİDEO

Prezident: "Azərbaycan-İtaliya dostluğu bundan sonra da inamla davam etdiriləcək" – VİDEO

Alyona Əliyevadan yeni paylaşım - FOTO

Alyona Əliyevadan yeni paylaşım - FOTO

Həftədə 1 gün işləyir, ayda 450 min alır

Həftədə 1 gün işləyir, ayda 450 min alır

Bütün şəhər bir binada yaşayır - Fotolar

Bütün şəhər bir binada yaşayır - Fotolar

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”

Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

Gecələr dözülməz olan SƏS - Binada yaşamaq mümkün deyil

Gecələr dözülməz olan SƏS - Binada yaşamaq mümkün deyil

Zaqatalada elektrik dirəyi evin damına əyilib: Sakinlər təhlükə ilə ÜZ-ÜZƏ

Zaqatalada elektrik dirəyi evin damına əyilib: Sakinlər təhlükə ilə ÜZ-ÜZƏ

Vətənləri üçün döyüşmək istədilər, Gəncədə dəfn olundular – 19 ispan pilotun FACİƏVİ TALEYİ – FOTO

Vətənləri üçün döyüşmək istədilər, Gəncədə dəfn olundular – 19 ispan pilotun FACİƏVİ TALEYİ FOTO

Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO

Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO

AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO

Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?

Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?

Hansı bürcün kişiləri XƏSİS olur?

Hansı bürcün kişiləri XƏSİS olur?

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

End of content

No more pages to load

RADİO