Avropa Birliyi Azərbaycana 40 milyon ayırdı

Avropa Birliyi (AB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə, COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq.

 

MÖVZU İLƏ BAĞLI:

AB komissarı: Sərhədləri bağlamaq virusdan xilas olmaq üçün yetərli deyil


Bizim.Media xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycandakı nümayəndəliyindən  məlumat verilib.

Məlumata görə, layihə Avropa Birliyinin maliyyələşdirdiyi və ÜST-nin Avropa Regionundakı altı ölkədə COVID-19-la bağlı peyvəndləməyə hazırlıq, peyvəndləmənin həyata keçirilməsi və monitorinqini dəstəkləmək məqsədilə irəli sürülmüş 40 milyon avroluq təşəbbüs çərçivəsində ÜST tərəfindən əsas yerli tərəfdaşlar olan Səhiyyə Nazirliyi və TƏBİB-i dəstəkləmək üçün həyata keçiriləcək.

"Bu layihə Avropa İttifaqının tərəfdaş ölkələr, o cümlədən Azərbaycanda peyvəndləmənin sürətlə aparılmasına yardımçı olacaq. Biz hamımız peyvəndlərin qapanmalarla yadda qalan ötən ilin yeni ildə ümid və normal həyata qayıdışa çevrilməsinə yardımçı olmasını səbirsizliklə gözləyirik".

"Biz ötən il fərdi mühafizə vasitələri və tibbi ləvazımatın ölkəyə gətirildiyi və qısa zamanda birgə proqramlarımızı sosial-iqtisadi dirçəlişə dəstəyə yönləndirdiyimiz əməkdaşlığın davamı kimi "Team Europe” təşəbbüsü çərçivəsində, ÜST-lə birgə və tərəfdaşlarımızla həmrəyliklə çalışmaqdan qürur hissi keçiririk” deyə, AB-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.

 

"Yanvar ayından başlayaraq Azərbaycanda COVID-19-a qarşı peyvəndləmə başlayıb. Multiplatformalı yanaşmanı nəzərə alaraq Avropa İttifaqı və ÜST ilə kommunikasiya, peyvəndlərin logistikası və soyuq zəncir qaydası ilə saxlanılması istiqamətində həyata keçirilən əməkdaşlıq mühüm əhəmiyyətə malikdir” deyə, TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu Şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.


ÜST-nin Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr Hande Harmancı bildirib ki, "Peyvəndlər pandemiyaya qarşı mübarizənin ön cəbhəsində mübarizə aparanlara və xəstəliyin ağır nəticələrinin qorxusu altında yaşamağa məcbur olan yüksək risk qruplarındakı insanlara ümid və qoruma vəd edir".

"Bu səxavətli dəstək sayəsində ÜST peyvəndlərin ən çox ehtiyacı olanlara ən qısa zamanda və daha effektiv şəkildə çatdırılmasını təmin etmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlığını gücləndirə bilər.”

 

Ayrılmış vəsait əvvəlcə peyvəndəməyə hazırlıq və peyvəndlərin gətirilməsinin ilk mərhələsini dəstəkləyəcək və avadanlıq/təchizat, səhiyyə işçilərinin təlimi və məlumat kampaniyaları kimi strateji sahələrdəki ehtiyacların qarşılanmasına xüsusi diqqət yetirəcək.


Layihə Avropa Birliyi və ÜST-nin COVID-19 pandemiyasına cavab tədbirlərinə davam etməkdə olan dəstəyinin, o cümlədən tərəfdaş ölkələrdə virusa qarşı müvarizə və ən həssas insan qruplarının ehtiyaclarının daha yaxşı qarşılanmasına yönəldilmiş 35 milyon avroluq Aİ-nin Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün davamıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bitcoin son üç ayın ən yüksək səviyyəsinə çatdı

Bitcoin son üç ayın ən yüksək səviyyəsinə çatdı

İlhamə Quliyeva ilə qalmaqal Faiq Ağayevin toyunda BAŞLADI

İlhamə Quliyeva ilə qalmaqal Faiq Ağayevin toyunda BAŞLADI

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Çində fişəng fabrikində partlayış: 21 ölü, 61 yaralı var – VİDEO

Çində fişəng fabrikində partlayış: 21 ölü, 61 yaralı var – VİDEO

Çempionlar Liqası: "Arsenal" və "Atletiko Madrid" üçün həlledici gecə

Çempionlar Liqası: "Arsenal" və "Atletiko Madrid" üçün həlledici gecə

Evinizə arı gəlirsə, bunun 3 mənası var

Evinizə arı gəlirsə, bunun 3 mənası var

Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ

Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ

İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO

İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO

Prezident: "Azərbaycan-İtaliya dostluğu bundan sonra da inamla davam etdiriləcək" – VİDEO

Prezident: "Azərbaycan-İtaliya dostluğu bundan sonra da inamla davam etdiriləcək" – VİDEO

Alyona Əliyevadan yeni paylaşım - FOTO

Alyona Əliyevadan yeni paylaşım - FOTO

Həftədə 1 gün işləyir, ayda 450 min alır

Həftədə 1 gün işləyir, ayda 450 min alır

Bütün şəhər bir binada yaşayır - Fotolar

Bütün şəhər bir binada yaşayır - Fotolar

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”

Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

Gecələr dözülməz olan SƏS - Binada yaşamaq mümkün deyil

Gecələr dözülməz olan SƏS - Binada yaşamaq mümkün deyil

Zaqatalada elektrik dirəyi evin damına əyilib: Sakinlər təhlükə ilə ÜZ-ÜZƏ

Zaqatalada elektrik dirəyi evin damına əyilib: Sakinlər təhlükə ilə ÜZ-ÜZƏ

Vətənləri üçün döyüşmək istədilər, Gəncədə dəfn olundular – 19 ispan pilotun FACİƏVİ TALEYİ – FOTO

Vətənləri üçün döyüşmək istədilər, Gəncədə dəfn olundular – 19 ispan pilotun FACİƏVİ TALEYİ FOTO

Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO

Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO

AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO

Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?

Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?

Hansı bürcün kişiləri XƏSİS olur?

Hansı bürcün kişiləri XƏSİS olur?

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

End of content

No more pages to load

RADİO