BAXCP: “Heç bir normal adam bu layihəni təqdir edə bilməz”x9d

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli partiyanın 2016-cı ildəki fəaliyyət planları barədə danışıb.xa0

Onun fikrincə, 2016-cı il seçki ili olmadığına görə digər illərlə müqayisədə partiyada o qədər də aktiv il olmayacaq: “İstənilən siyasi partiya bir seçki başa çatdıqdan sonra digər seçkiyə hazırlaşır. Ötən parlament seçkisində iştirakımızla bağlı prosesləri dəyərləndirib nəticə çıxaracağıq. Çox güman ki, fəaliyyətimizlə bağlı plan və proqramlar İdarə Heyətinin iclasında müzakirə olunub təsdiqlənəcək. İndiki şəraitdə fəaliyyətimizi ənənəvi qaydada davam etdiririk”x9d.xa0

xa0O, partiyanın beynəlxalq əməkdaşlığı daha da gücləndirəcəklərini deyib: “BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvü seçilib. Yaxın zamanlarda BAXCP sədrinin Alyansın rəhbəri ilə birgə atacağı addımlar haqda məlumat yayacağıq”x9d.xa0

xa0Sədr müavini əlavə edib ki, partiyanın təşkilati işlərinin gücləndirilməsi istiqamətində iş aparılır: “Yeni rayon təşkilatları formalaşdırılır, konfranslar keçirilir. Ənənəvi qaydada partiya fəaliyyəti nəyi tələb edirsə, onunla da məşğul olacağıq. İndiki mərhələdə, seçkilərarası dövrdə partiyanın təşkilati işlərini gücləndirməsi üçün şərait yaranır”x9d.xa0

xa0E.Mirzəbəyli siyasi birliklərin yaranma ehtimalına toxunub: “Siyasi blok və seçki blokları konkret zaman kəsiyində siyasi proseslərin intensivliyindən asılı olaraq yaranır. Şərait bunu diktə etməlidir, əks halda hansısa birliyin yaradılmasına ehtiyac qalmır. Hazırda bloklaşma istiqamətində hər hansı şəraitin olmadığını düşünürəm. BAXCP-nin yanaşması belədir ki, biz Azərbaycanda ideoloji xətti, baxışları eyni olan siyasi partiyaların yaxın əməkdaşlığını təqdir edirik. Hesab edirik ki, siyasi partiyalar hətta daha da yaxınlaşmalı, inteqrasiya etməli, nə zamansa birləşməlidirlər. xa0Ölkədə siyasi gücə çevrilmək üçün siyasi partiyaların bir araya gəlməsinə ehtiyac var. Amma bunun üçün real şərait və zəmin olmalıdır. Təbii ki, iddialarla imkanlar üst-üstə düşməlidir”x9d.

xa0BAXCP funksioneri amerikalı konqresmen Kris Smitin ABŞ Helsinki Komissiyasına təqdim etdiyi layihəyə də münasibətini açıqlayıb: “Heç bir normal adam bu layihəni təqdir edə bilməz. Biz siyasi mövqeyimizi Azərbaycanın maraqlarına görə müəyyənləşdiririk. Bu baxımdan hesab edirik ki, Smitin hazırladığı layihə bilavasitə erməni lobbisinin fəaliyyəti əsasında hazırlanıb, təqdim olunub və Ermənistanın maraqlarını ifadə edir. İstənilən halda Azərbaycana hər hansı bir siyasi təzyiq olacaqsa, bu təzyiqi əsaslandırılan sanksiyalar həyata keçiriləcəksə, bu, bütövlükdə millətin, dövlətin, şübhəsiz ki, onun bir parçası olan siyasi partiyaların əleyhinədir. Azərbaycanın əleyhinə nə varsa, BAXCP dövlətimizə qarşı olan hər cür addıma qarşı kəskin mövqeyini ortaya qoyub”x9d. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

End of content

No more pages to load

RADİO