Keçi ətinin bilmədiyimiz faydaları

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Qiyasəddin Cəlladov, Kəmalə Əliyeva keçi ətinin faydaları barədə məqalə hazırlayıb. 

Bizim.Media həmin məqaləni təqdim edir:

 

MÖVZU İLƏ BAĞLI:

Ağlınızı qoruyun - Ən faydalı qidalar!


Keçi təbiətən aktiv və ekoloji rahat adaptasiya olunan, gövşəyən, xırdabuynuzlu heyvan növüdür. Keçilər təxminən 9000 il əvvəl insanlar tərəfindən əhliləşdirilən ilk heyvan növlərindən sayılır.

Bu heyvandarlıq sektoru insanlar üçün ərzaq məhsulları (ət, süd) istehsalında böyük potensiala malikdir.

 

Qərb ölkələrində az populyar olsa da, inkişaf etməkdə olan dövlətlərdə (Şimali Afrika, Orta Şərq və Cənubi Asiya ölkələri) insanların qırmızı ətə olan tələbatının ödənilməsində keçi əti əsas mənbələrdən biri hesab olunur. 


Qeyd edək ki, Hindistanda keçi əti qoyun ətindən üstün hesab edilir. İtaliya, Amerika və digər inkişaf etmiş ölkələrdə isə keçi ətinə olan tələbat mövsümi xarakter daşıyır. 

Belə ki, Milad və Pasxa bayramları ərəfəsində bu ət növünə olan tələbat artır. Yeni Zelandiyada isə keçi yetişdirilməsində əsas məqsəd yun (lif) əldə edilməsidir. 

Yağsız keçi əti qoyun ətinə nisbətən az şirəli olur. Lakin tərkibində zərərli yağ birləşmələri, o cümlədən xolesterol az olduğundan (30-60 mq/100q) insan sağlamlığı üçün faydalı hesab edilir.

Keçilərin kəsim öncəsi stresə həssaslığı onların həyəcanlı təbiəti ilə bağlıdır. Ona görə də heyvanların daşınması dövründə bu amillər xüsusi olaraq nəzərə alınmalıdır. Kəsimdən sonrakı dövrdə əzələlərdəki qlikolitik metabolitlərin, o cümlədən süd turşusunun konsentrasiyası qlikogenin miqdarından asılı olaraq dəyişir.

Bu prosesin normal gedişatı üçün əzələlərdə qlikogenin 50 µmol/q miqdarda toplanması minimum konsentrasiya hesab olunur.

Cavan keçi (çəpiş və ya oğlaq) ətinin tərkibində nəmlik 64-70 %, proteinlər 23-29 %, yağlar 3,5-6,5 % və karbohidratlar 0-1,5 % təşkil edir.

Keçi əti zülalının bioloji dəyəri ərzaq məhsullarının 100 ballıq zülal şkalasında 60,4 təşkil edir. Keçi əti asan həzm olunmaqla (mənimsənilməsi 97 % təşkil edir) yanaşı, insan orqanizmində metabolizm proseslərinə tənzimləyici təsir göstərir.

Tərkibində asan həzm olunan sadə zülalların, eləcə də əvəzolunmaz aminturşularının çox olması keçi ətinin diyetikliyini təmin edir.

Bu ət növü az kalorili olduğundan (ətin yağlılığından asılı olaraq 100-216 kkal/100qr) pəhriz saxlayan insanlar üçün yağsız çeşidi ideal ət növü hesab olunur. 

 

Bundan başqa, keçi əti dəmirin zəngin mənbəyidir. Onun tərkibində asan mənimsənilən hem dəmirinin miqdarı qeyri-hem dəmirinə nisbətən 5-10 % çoxdur. Keçi ətində dəmirin miqdarı mal və toyuq əti ilə müqayisədə üstünlük təşkil edir. 


Digər makro- və mikroelementlərlə (Ca, Mg, P, Zn, F, J, Se, Cu, Co, Cr, Mo və s.) zəngin olan bu ət növündə kaliumun miqdarı çox (385 mg/100qr), natriumun miqdarı isə azdır (82 mq/100qr). Keçi ətinin tərkibi E, H, PP və B qrup vitaminlərlə də olduqca zəngindir. 

Keçi ətini diyetik qida növü kimi səciyyələndirən əsas xüsusiyyət onun tərkibindəki yağ birləşmələrinin az olması ilə bağlıdır. 

Beləliklə, sanitar-gigiyenik tələblər çərçivəsində tədarük edilən keçi əti bir sıra xüsusiyyətlərinə görə insan sağlamlığı üçün olduqca faydalıdır:

-tərkibində sadə zülallar çox, zərərli yağlar az olduğundan, həmçinin asan həzm edildiyindən diyetik qida novü sayılır;

-əvəzolunmaz aminturşuları və polidoymamış yağ turşuları ilə zəngin olduğundan metabolizm proseslərinə stimullaşdırıcı təsir göstərir;

-tərkibində natriumun miqdarı az və kalium çox olduğundan qan təzyiqinə tənzimləyici təsirə malikdir;

-lipid birləşmələrindən zərərli xolesterolun miqdarı az olduğundan aterosklerozun qarşısını alır;

-tərkibində asan mənimsənilən dəmir çox olduğundan anemiyalarda faydalıdır;

-hipoallergik qida növü kimi bütün həssas insan qrupları tərəfindən istehlak edilə bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

İranda daha üç məhbus edam edildi

İranda daha üç məhbus edam edildi

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

ABŞ-ın ələ keçirdiyi İran gəmisi Pakistana təhvil verildi

ABŞ-ın ələ keçirdiyi İran gəmisi Pakistana təhvil verildi

Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

Süni intellekt və Braziliyada superkompüter: Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu – VİDEO

Süni intellekt və Braziliyada superkompüter: Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu – VİDEO

Ukrayna dronu Moskvada çoxmərtəbəli binaya çırpıldı - VİDEO

Ukrayna dronu Moskvada çoxmərtəbəli binaya çırpıldı - VİDEO

Atasını boğaraq öldürən şəxsdən XƏBƏR VAR

Atasını boğaraq öldürən şəxsdən XƏBƏR VAR

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO